Müsavat isa Qəmbərin prezidentliyə namizədliyini irəli sürdü

img

24-12-2012 [09:43]


Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda öncə Müsavat Partiyasının Divan üzvləri Qubad İbadoğlu, Vurğun Əyyub və Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının yerli və əcnəbi təşkilatlarla keçirdikləri görüşlərə dair verdikləri məlumatlar dinlənilib. Daha sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər bir sıra partiyalarla birlikdə ABŞ səfiri Riçard Moninqstarla görüşü barədə məlumat verib. Partiyadaxili məsələlərlə bağlı bölümdə Müsavat Partiyası Məclisinin keçiriləcəyi tarix yenidən müzakirə olunub. Divan Müsavat Partiyası Məclisinin yanvarın 4-də keçirilməsini qərara alıb. Divan həmçinin İctimai Palatanın prezident seçkilərində iştirakla bağlı ilkin qərarını müsbət qiymətləndirib və ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq məqsədi ilə 2013-cü ildə prezident seçkilərində iştirakı məqsədəuyğun hesab edib. Divan Müsavat Partiyası Məclisinin növbəti toplantısına prezident seçkilərində iştiraka dair qərar qəbul etməsini və İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsini tövsiyə edib. İctimai-siyasi duruma dair müzakirələrdə Müsavat Partiyasının Məclis üzvü Nigar Yaqublunun hələ də həbsdə saxlanmasının və məhkəmənin siyasi motivlərlə qəbul etdiyi qərarının yolverilməz olduğunu bildirilib. Divan N.Yaqublunun işi ilə bağlı məhkəmə prosedurlarının tezliklə tamamlanmasını, eləcə də hakimiyyətin siyasi məhbusların ilin sonunadək azadlığa buraxılmasına dair qərar qəbul etməsini zəruri hesab edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA