Rəsul Quliyev isa Qəmbər və Əli Kərimlini sərt tənqid etdi

img

24-12-2012 [12:17]


Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan Açıq Cəmiyyət Partiyasının lideri (ACP) Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlini sərt tənqid edib. İsa Qəmbərin vahid namizəd məsələsilə bağlı son çıxışına toxunan R.Quliyev AXCP və Müsavat funksionerləri arasında sosial şəbəkələrdə başlanan qarşıdurmalara və eləcə də əzəli müttəfiqlərin baş tutmayan planlarına dair Modern.az-ın suallarını cavablandırıb. Eks-spiker prezident seçkilərində müxalifət liderlərinin, xüsusən də İsa Qəmbər və Əli Kərimlinin qalib gəlmək potensialının olmadığını deyib. R.Quliyev həmçinin qeyd edib ki, o, İctimai Palatada baş verən hadisələri ümumiyyətlə izləmir və bu onun diqqət mərkəzində deyil. ?O qüvvələrin Azərbaycanın həyatında dəyişikliyə nail olmaq potensialı sıfıra yaxın bir səviyyədədir. Ona görə onların arasında və ya İctimai Palatada baş verənlər ümumiyyətlə mənim diqqət mərkəzimdə deyil. Yeganə arzum onların hamısını bir tavan altına toplamaq idi, o da alınmadığından artıq başqa işlərlə məşğul oluram, yəni daha təsirli qüvvələrlə iş görmək istəyirəm?, - deyə ACP lideri vurğulayıb. R.Quliyev daha sonra bildirib ki, İsa Qəmbər və Əli Kərimlinin hansı məqsədə qulluq elədiklərini özlərindən başqa heç kim bilə bilməz: ?Çünki normal məntiqlə iş görmürlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA