Milli Məclis Ali Məhkəməyə iki yeni hakim təyin etdi

img

21-12-2012 [01:39]


Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimlərinin təyin olunması barədə məsələyə baxılıb. Və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi İslam Əliyevlə Muxtar Respublikanın Ali Məhkəməsinin sədr müavini İlham Cəfərov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə verilmiş təklif təsdiqlənib. Bundan əlavə, deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, səlahiyyət müddəti 2013-cü il yanvarın 2-də başa çatacaq İlqar Mirzəyevi yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, səlahiyyət müddəti 2013-cü il yanvarın 2-də başa çatacaq Hüseyn Nəbiyevi də yenidən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifələrinə təsdiq edib. mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA