Mirmahmud Mirəlioğlu bəyanat verdi

img

18-12-2012 [06:39]


Klassik Xaql Cəhbəsi Partiyası (KXCP) bəzi xəbər saytlarının dağıdılması ilə bağlı bəyanat yayıb. Partiyandan Mia.az-a daxil olan məlumata görə, bəyanatda deyilir: ?Son zamanlar Azərbaycanda bəzi xəbər portallarının və informasiya agentliklərinin saytlarının müxtəlif haker qrupları tərəfindən dağıdılması artıq ənənə halını almaqdadır. Bu saytlar daha çox müstəqil və müxalif fikrin daşıyıcı olmaqla ən çox oxunan və izlənən xəbər portallarındadır. Dünən musavat.com, qafqazinfo.az və s. saytlarının dağıdılması da buna misaldır. Müstəqil fikir daşıyıcı olan saytların dəfələrlə sıradan çıxarılması və aidiyyatı dövlət qurumlarının buna hər hansı reaksiya verməməsi və gərəkli tədbirlər görməməsi narahatlıq yaratmaqla yanaşı müəyyən şübhələrə də yol açır. Aparıcı informasiya portallarının dağıdılması onu göstərir ki, dövlətin azad informasiya yayımı və mediaya təhlükəsizliyi məsələsi ilə bağlı gördüyü işlər çox zəifdir. KXCP aidiyyatı qurumları baş vermiş hadisənin obyektiv və operativ araşdırılaraq tədbir görülməsi və gələcəkdə oxşar problemlərin təkrarlanmaması üçün gərəkən addımları atmağa çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA