ABŞ səfiri YAP-çı deputatlarla görüzüb

img

17-12-2012 [05:31]


Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini Əli Əhmədov ABŞ -ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın qərargahında görüşüb. Mia.az-ın hakim partiyanın saytına istinadən verdiyi məlumata görə, görüşdə Əli Əhmədov əvvəlcə ABŞ-ın Nyutaun şəhərindəki ibtidai məktəblərdən birində çoxsaylı insan tələfatı ilə nəticələnmiş faciə ilə bağlı cənab səfir Riçard Morningstara başsağlığı verib və bu hadisənin Azərbaycanda dərin təəssüf hissi ilə qarşılandığını nəzərə çatdırıb. Görüşdə həmçinin Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilmiş, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb. Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, ölkəmizin geosiyasi durumu və cərəyan edən proseslər əsas müzakirə mövzusu olub. Səfirlə görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA