ALDP sədri müavinlərinin hamısını vəzifəsindən azad etdi

img

14-12-2012 [02:08]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin iclası keçirilib. Partiyadan verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, 2013-cü il prezident seçkilərinə hazırlıq və təşkilatı məsələlər müzakirə olunub. İclasda ALDP sədri Fuad Əliyev 2012-ci il ərzində gördükləri işlər barəsində hesabat verib. ALDP sədri qeyd edib ki, Demokratik Qüvvələr Məşvərət Məclisinin (DQMM) həmtəsisçi olub və bu il ərzində müxtəlif beynəlxalq səviyyədə görüşlər keçirib. O, ABŞ Dövlət Departamentində, Avropa Parlamentində, Norveç və İsveç Parlamentinin deputatları ilə görüşdüyünü və bu görüşlərin çox faydalı olduğunu bildirib. Fuad Əliyev ictimai-siyasi vəziyyət və regionda qedən proseslərlə bağlı bildirib ki, bu gün qeopolitik vəziyyət dəyişib və bugün ki iqtidarın öz xalqı və yaxın qonşularla düşmən siyasətini biz qəbul edə bilmərik. "Bu uçuruma aparan bir siyasətdir. Onsuz da xalqımız iqtisadi və sosial problemlər içində çabalayır. Və yaxın qonşularlar münasibətlərin körlanması bu problemlərin daha da dərinləşməsinə səbəb olacaq". Rusiya tərəfindən Qəbələ RLS-in bağlanması məsələsinə toxunaraq Fuad Əliyev bildirib ki, bu qərar Azərbaycan üçün heç bir mənfi nəticə verməyəcək. ?Mən bu RLS-ın bağlanmasını hələ 2008 ?ci ildə prezident seçkilərində bildirmişdim. Və bu gün da hesab edirəm ki bu RLS-in bizə heç bir faydası olmayıb, əksinə zərərı daha çox olub?- ALDP sədri qeyd edib. İclasın sonunda təşkilatı məsələlərə baxılıb. Fuad Əliyev toplantı iştirakçılarına Sədr Aparatının buraxılması qərarının qəbul edildiyini deyib. O qeyd edib ki, yaxın zamanda yeni müavinlərin təyinatı ilə bağlı Rəyasət Heyətinə hesabat verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA