ViP-dən ABŞ-a etiraz

img

13-12-2012 [12:50]


?Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresində qondarma ?Dağlıq Qarabağ Respublikası?nın ?müstəqilliyinin? 21-ci ildönümü qeyd olunub. Bununla da Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti nümayişkar hörmətsizliyə yol verilib?. Bu fikirlər VİP-in bəyanatında yer alıb. BƏYANATDA daha sonra bildirilir: ?Lakin çox təəssüf ki, qeyd olunan hadisədən keçən müddət ərzində Azərbaycan hökuməti ABŞ-ın bu yolverilməz davranışına hər hansı bir səviyyədə münasibət bildirməyib. Rəsmi Bakının ölkənin milli maraqlarını açıq surətdə təhdid edən bu hərəkətlərə qarşı qətiyyətli mövqe ortaya qoymaması ABŞ-ın, o cümlədən, ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyünə yönəlik sayğısız münasibətinin müntəzəm təkrarlanmasına yol açıb?. Vətəndaş və İnkişaf Partiyası (VİP) ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn, eyni zamanda, erməni separatizmini stimullaşdıran və tərəfsiz vasitəçilik statusu ilə əsla bir araya sığmayan bu kimi davranışlarını qətiyyətlə pisləyir və belə aksiyalara son qoyulmasını tələb edir. VİP Azərbaycan hakimiyyətindən qeyd olunan fakta qəti münasibət bildirilməsini tələb edir və ölkənin milli maraqlarına qarşı yönəlmiş bütün hərəkətlərə qarşı dərhal adekvat addımlar atmağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA