Həbsdə olan Fərəməz Novruzoğlunun məhkəməsi ?donduruldu?

img

12-12-2012 [04:45]


11 mart 2011-ci ildə həbs olunan jurnalist Fərəməz Novruzoğlunun Nizami Rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən verdiyi apelyasiya şikayəti üzrə proses qeyri-müəyyən müddətə təxirə salınıb. Mia.az-ın xəbərinə görə, Cinayət Məcəlləsinin 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə həbsinə etiraz edən Fərəməz Novruzoğlunun şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədov prosesi jurnalistin başqa bir şikayəti səbəbindən təxirə salmalı olub: ?Fərəməz Novruzoğlu ilkin məhkəmə qərarından kassasiya şikayəti verdiyindən hakim məhkəməni qeyri-müəyyən müddətə keçirdi. Kassasiya şikayətinin nəticəsinə uyğun məhkəmə davam etdiriləcək. Yəni həmin şikayətin nəticəsindən sonra Bakı Apellyasiya Məhkəməsindəki işin tarixi dəqiqləşdiriləcək?. Xatırladaq ki, Fərəməz Novruzoğlu Bakının Nizami Rayon Məhkəməsinin hökm ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2011-ci il 11 mart tarixində gənclər təşkilatları tərəfindən təşkil edilən ?Böyük Xalq Günü? aksiyası ərəfəsində ?Facebook? sosial şəbəkəsində Elçin İlqaroğlu ləqəbi ilə insanları kütləvi iğtişaşlara dəvət etməkdə və 2010-cu ilin noyabrından 2011-ci ilin oktyabrına qədər qanunsuz olaraq Azərbaycan-Türkiyə sərhədini keçməkdə və orda qanunsuz yaşamaqda ittiham olunub. Sonda onu da qeyd edək ki, F.Novruzoğlu müxtəlif qəzetlərdə çalışıb, son olaraq ?Millətim? qəzetində baş məsləhətçi vəzifəsində işləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA