Məzvərət Məclisinin növbəti yığıncağı keçirilib

img

11-12-2012 [04:18]


Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib. Yığıncaqda Yusif Bağırzadə (AMİP),Əhməd Oruc (Azadlıq Partiyası), Həsən Həsənov (Azad Azərbaycan Partiyası) və Tahir Abbaslı (İslam Demokrat Partiyası), Fuad Əliyev (LDP), Valeh Mirzəyev (Xalq Azadlıq Partiyası), Taliyət Əliyev (ADP) iştirak ediblər. AMİP Qərargahında Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyevin sədrliyi ilə keçirilən iclasda ölkədəki ictimai-siyasi vəziyyət, 21 Azər Hərəkatının ildönümü, Qərbi Azərbaycanlıların deportasiyasının 65 illiyi ilə bağlı məsələlər müzakirə olunub. 12 dekabr tarixində 21 Azər Hərəkatının 67-ci ildönümü olduğunu qeyd edən yığıncaq iştirakçıları bu gün də Güney Azərbaycanda soydaşlarımızın bu yöndə mübarizə apardığını və bu haqq mübarizəsində onlara dəstək verilməsinin vacib olduğunu bildiriblər. Daha sonra Qərbi Azərbaycanda (İndiki Ermənistan) yaşayan Azərbaycanlıların öz tarixi torpaqlarından deportasiya olunması barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci tarixli qərarının 65 illiyi ilə bağlı geniş müzakirə aparılıb və 20 dekabr tarixində bununla bağlı Dəyirmi Masa keçirilməsi qərara alınıb. Növbəti iclasın 18 dekabr tarixində LDP sədri Fuad Əliyevin sədrliyi ilə LDP Qərargahında keçirilməsi haqda da qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA