ADP idarə Heyətinin növbəti həftəlik toplantısı keçirilib

img

10-12-2012 [05:01]


52;n ADP İdarə Heyətinin növbəti həftəlik toplantısı keçirilib. Toplantıda regionda və ölkədə baş verən bir sıra ictima-siyasi hadisələr müzakirə predmeti olub. Toplantıda MDB-yə daxil olan ölkələr arasında iqtisadi inteqrasiya, valyuta inteqrasiyası və vahid Gömrük İttifaqına dair məsələlərin müzakirə olunduğu MDB-nin 4 dekabrda Aşqabadda keçirilən sammiti müzakirə olunub. Qeyd olunan inteqrasiya planları Putinin yenidən hakimiyyətə qayıtması ərəfəsində elan etdiyi və ?SSRİ-nin bərpası? planı kimi dəyərləndirilən Avrasiya İttifaqının qurulmasına cəhd kimi dəyərləndirilib. Azərbaycan dövlət başçısının bu qurumun sammitinə qatılmaması və ölkənin Avrasiya İttifaqına qoşulmaması təqdir olunmuş, eyni zamanda Azərbaycan hakimiyyətinin Qərbə inteqrasiya istiqamətində inamlı addımlar atmaması da ciddi şəkildə tənqid olunub. Toplantıda ötən həftə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı İbrahim Musayevin ?Azadlıq? qəzetində açıqladığı dəyşətli faktlar müzakirə predmeti olub. Toplantı iştirakçıları baş vermiş bu hadisəni hakim ailəyə qohum olan Vasif Talıbovun qohumluq əlaqələrindən sui-istifadə etməklə Naxçıvanda yaratdığı kriminal idarəçiliyin təzahürü, cəmiyyətin və dövlətin adına təhqiramiz cinayət aktı kimi dəyərləndirib. Toplantıda xalqımız üçün tarixi və ideoliji əhəmiyyəti olan, ?21 Azər? Hərəkatı kimi tarixə düşən Seyid Cəfər Pişəvərinin başçılığı ilə 12 dekabr 1945-ci ildə, Təbriz şəhərində Azərbaycan Milli Hökumətinin qurulması hadisəsi də müzakirə obyekti olub. Müzakirələrdə qeyd olunub ki, BMT-nin ilk iclası da məhz Cənubi Azərbaycanda baş verən bu hadisəylə bağlı çağırılıb. Eyni zamanda BMT-də müzakirələrin yarımçıq dayandırılması, bu qurumun hərəkətsizliyi ucbatından cənubda ?21 Azər? hərəkatının boğulması və on minlərlə soydaşlarımızın qətlə yetirilməsi genosid kimi dəyərləndirilib. Toplantı iştirakçıları Azərbaycan hökumətini BMT TŞ-nın qeyri-daimi üzvü kimi səlahiyyətlərindən istifadə edərək Cənubi Azərbaycandakı soydaşlarımızın pozulan fundamental haqları ilə bağlı təmsil olunduğu bu qurumda müzakirələrin aparılmasına səy göstərməyə çağırıb. Toplantıda 10 dekabrın dünyada Beynəlxalq İnsan Haqları günü kimi qeyd olunmasına diqqət edilib. 1948-ci ildə BMT-nin ayrıca olaraq qəbul etdiyi İnsan Haqları Ümümi Bəyannaməsini qəbul edən Azərbaycandakı insan haqları ilə bağlı mövcud vəziyyət tənqid olunmuş və ölkədə insan haqları məsələsinin fundamental həllinin hələ də tapa bilmədiyi təəssüflə qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA