Milli Məclis sədrinin müavini Moskvaya gedib

img

10-12-2012 [02:03]


Milli Məclis sədrinin müavini Bahar Muradova və Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Beynəlxalq Parlament Forumunda iştirak etmək üçün bu ölkədə səfərdədirlər. Rusiya Federal Şurası Dövlət Dumasının dəstəyi ilə təşkil edilən toplantı ?Müasir parlamentarizm və demokratiyanın gələcəyi? mövzusuna həsr olunub. Bahar Muradova forumda mövzu ilə əlaqədar çıxış edəcək. Milli Məclisin sədr müavininin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də nəzərdə tutulub. Səfər dekabrın 11-də başa çatır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA