AXCP rəhbərliyi Sabirabadda həbs olundu

img

09-12-2012 [10:39]


#252;n AXCP-nin Sabirabad təşkilatında toplantı keçirilib. Toplantıda partiyanın rəhbərliyi də iştirak edib. Toplantının gedişində rayon polisi müdaxilə edib. Məlumatlara görə, AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Adilov, AXCP Ali Məclisinin sədri Həsən Kərimov və Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı polis tərəfindən döyülərək həbs olunub. Qeyd edək ki, elə bu dəqiqələrdə AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Adilov facebook hesabında polislər tərəfindən saxlanılmasına münasibət bildirib. O, hazırda azadlıqda olduqlarını yazıb və qeyd edib ki, baş verənlər Sabirabad icra hakimiyyetinin etdiyi qanunsuzluq ve quduzluq idi. Eyni zamanda polis bölməsində onları vurduqlarını və zorakılıq etdiklərini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA