isa Qəmbər Əkrəm Əylislini təbrik edib

img

08-12-2012 [09:00]


savat Partiyasının başqanı İsa Qəmbər görkəmli yazıçı və ziyalı Əkrəm Əylislini 75 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: Hörmətli Əkrəm bəy! 75 illik yubileyinizi təbrik edir, Sizə uzun ömür, can sağlığı arzulayıram. Siz çağdaş Azərbaycan ədəbiyyatının çox böyük simalarından birisiniz. Ötən əsrin 60-cı illərindən başlayan və bu günə kimi davam eləyən ədəbi fəaliyyətiniz dövründə yazdığınız əsərlərinizlə ədəbiyyatımıza yenı ruh, yeni nəfəs gətirmiş, onun ölkəmizin sərhədlərindən kənarda da tanınmasına və sevilməsiə nail olmusunuz. Sizin əsərləriniz təkcə məzmun dolğunluğu, rəngarəng xarakterlər bolluğuyla yox, həm də həyat həqiqətlərinin cox canlı, real boyalarla əks etdirilməsi baxımından sözün həqiqi mənasında qiymətsiz ədəbi incilərdir. Bu əsərləri oxuyan oxucu elə ilk sətirlərdən, ilk səhifələrdən bədii təhkiyyənin sehrinə düşür, doğma dilimizin poetikası onu sanki ovsunlayır. Üstəlik, bu cazibədar poetik dil həmin dilin özü kimi heç də rəvan həyat yoluna, ?cilalanmış? xarakterlərə malik olmayan obrazların həm öz-özləri, həm də yaşadıqları mühitlə olan ziddiyyətlərini, onların iç dünyalarındakı təlatümlərini açmağa, həyat həqiqətlərini bütün çılpaqlığıyla əks etdirməyə nəinki mane olmur, əksinə buna yardım göstərir. Etiraf edək ki, çağdaş nəsrimizdə nadir rast gəlinən bu bədii fenomenə görə ədəbiyyatımız daha cox Əkrəm Əylisliyə borcludur. Yüksək sənətkarlıq keyfiyyətlər təkcə Sizin bədii nəsrinizə aid deyil, publisitikanızın da məhək daşıdır. Bir çox meyarların itib getdiyi çağdaş dövrümüzdə Siz ədəbiyyatımızda da, publisistikamızda da sözün dəyərini, onun təsir gücünü qoruyub saxlamış azsaylı ziyalılarımızdansınız. Ölkəmizin, xalqımızın həyatında baş verən proseslərə heç vaxt biganə qalmamış, bir ziyalı kimi həmişə öz sözünüzü demiş, münasibətinizi bildirmisiniz. Sizin sözünüz ürəyinizin sözü olub, öz həqiqətiniz olub. Dedikləriniz bəzən rəsmi mövqeyə, bəzən müxalif mövqeyə, bəzən də bütövlükdə ictimai rəyə qarşı olsa da öz həqiqətinizi söyləməkdən çəkinməmisiniz. Bu gün Siz ?Ziyalılar forumu?nun tərkibində aktiv ictimai fəaliyyətlə məşğulsunuz. Xalqımızın adlı-sanlı, dünyaca məşhur bir çox ziyalılarının birləşdiyi bu forum ölkəmizin bugünkü ağır durumunda çox vacib bir missiyya yerinə yetirir.İnanıram ki, sizin, bizim, bütün vətənpərvər insanlarımızın birgə fəallığıyla bu forum qarşısına qoyduğu hədəflərə çatacaq, ölkəni bürümüş total haqsızlığa son qoyulacaq, xalqımız öz layiq olduğu həyata qovuşacaq. Hörmətli Əkrəm bəy! Bir daha Sizi 75 illik yubileyiniz münasibətilə təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik, ədəbi-bədii və ictimai fəaliyyətinizdə uğurlar arzulayıram!

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA