AXCP-dən Naxçıvan MTN-dəki əməliyatla bağlı bəyanat

img

07-12-2012 [04:07]


AXCP Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyillir: ?Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı İbrahim Musayevin ?Azadlıq? qəzetində açıqladığı hallara və dövlət orqanlarının bu dəhşətə susqun münasibətini AXCP hiddətlə qarşılayıb. Sabiq əməkdaşın etirafları Culfa rayon Ərəzin kənd sakini, 1980-ci il təvəllüdlü Turac Zeynalovun işgəncə ilə öldürlülməsinin və bu qətldən sonra və onun yaxınlarının başına gətirilən ləyaqətsiz hadisənin MTN-lə birbağlı olduğunu göstərir. Tənqidçi media hələ hadisə baş verən zaman qətlin arxasında Naxçıvan MTN dayandığını yazsa da, qarşı tərəf obyektiv mövqe tutmaq yerinə bu işi araşdıran jurnalistlərə qara yaxmaqla cavab vermişdir?. Bəyanat müəllifləri vurğulayıblar ki, lakin indi İbrahim Musayevin dedikləri və qanunçuluğa nəzər etməli olan prokurorluğun hadisəyə reaksiyasız qalması dövlət orqanının tam kriminallaşdığı barədə rəyləri gücləndirir: ?AXCP Turac Zeynalovun qətli və onun yaxınlarına qarşı qanunsuz, mənəviyyata zidd hərəkətin edilməsi barədə ciddi araşdırma aparılmamasını hakimiyyətin kriminal mahiyyətinin etirafı kimi qiymətləndirir. AXCP tələb edir ki, gec də olsa prokurorluq baş verən dəhşətli hadisəyə görə məsuliyyətini dərk etməli və ?Turac Zeynalovun işi? ilə bağlı ciddi araşdırmalara başlamalı və bu cinayətdə iştirakçı olmuş şəxslərin məsuliyyətə cəlb etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA