Qaya Əliyev Mirmahmud Mirəlioğlunu demokratik ənənələri pozmada suçladı

img

05-12-2012 [01:54]


KXCP sədri Mirmahmud Mirəlioğlunun ?Reytinq?in son sayındakı müsahibəsi birmənalı qarşılanmayıb. Partiya daxilindəki gərginlik, "Demokratik Birlik" fraksiyası və digər məsələlər barədə səsləndirdiyi fikirlərə qarşı tərəfdən reaksiya verilib. Bu barədə qəzetimizə açıqlama verən KXCP sədrinin keçmiş müavmni Qaya Əliyev KXCP sədrinin haqlı olmadığını bildirib: "Bu yaxınlarda KXCP ali məclisinin sədri Bəybala müəllim, Fikrət Cəfərli və mən barədə partiyadan xaric olunma barədə qondarma qərarı şərh edərkən qərarın qəbul olunma səbəblərinən biri kimi rəhbərliyə ünvanladığımız tənqidləri göstərmişdi. Səmimi etiraf idi. Tənqidin inzibati amirlik metodları ilə təqib edildiyi və bunun aşkar şəkildə etiraf olunduğu partiyada hansı demokratiyadan danışmaq olar? İfadə azadlığının realizəsi olan tənqidi?pozuculuq,birləşmək hüququnun realizəsi olan fraksiyaçılığı ? bölücülük, separatizm kimi qavrayan və təqdim edən bir zehniyyət demokratiyadan necə danışa bilər? Partiyada müavinin tutduğu postdan istefa verə bilməsi nə vaxtdan demokratiyanın göstəricisidir? Yəqin, bu tezis Mirmahmud bəyin politologiya elminə yeni tövhəsidir. Bir partiyada demokratiyanın bariz nümunəsi tənqidə dözümlü münasibət,təşəbbüskarlığa stimullaşdırıcı yanaşma,alternativ fikirə hörmət və s. ola bilər. Təbii ki, KXCP-dəki teokratik diktatura sadaladığım parametrlər üzrə sinifdə qaldığına görə, Mirmahmud bəy demokratiyadan danışarkən, olmayan demokratiyanın mövcudluğunu əsaslandırmaq üçün bizim min bir təzyiq hesabına yaratdığımız fraksiyaya,müavinlərin istefasına və bu kimi faktlara ümidini bağlayır, "saman çöpü" kimi, son əlac kimi bu faktlara istinad etməli olur?. Müsahibimiz onu da bildirib ki, KXCP-də yaranmış "Demokratik Birlik" fraksiyası KXCP-də demokratiyanın yox, fraksiyanı yaradanların demokrat təfəkkürə malik olduğunun bariz nümunəsidir. Onun sözlərinə görə, KXCP-də demokratiyanın bariz nümunəsi sədrin adi bir təklifə "Qaya, ya səhvini başa düşəcək, ya haqqında tədbir görüləcək" təhdidi ilə reaksiyasıdır və ya fraksiya yaradılmasına "zəhmətkeş məktubları", adminstrativ təzyiqlər, sifarişli yazılar, min bir çirkin kampaniya ilə cavab verilməsidir: ?Bu gün KXDR-də alternativ siyasi partiyalar yoxdur, Belarusda isə var. Onda belə çıxır ki, Lukaşenko həmin müxalifət pariyalarını Belarusda demokratiyanın bariz nümunəsi kimi əsaslandırmalıdır? Belarusiyada demokratiyanın göstəricisi müxalif partiyaların mövcudluğu yox, onlara repressiv münasibətin mövcudluğudursa, KXCP-də də demokratiyanın göstəricisi fraksiyanın mövcudluğu yox, ona və onu təsis edənlərə qarşı anormal münasibətdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA