ictimai Palata seçki müzakirəsinə bazladı

img

04-12-2012 [03:26]


Müsavat Partiyasının qərargahında müstəqil hüquqşünaslar, seçki mütəxəssisləri və Mərkəzi Seçki Komissiyasının sabiq üzvlərinin hazırladığı ?Seçki islahatları memorandumu? ilə bağlı ictimai dinləmələrin keçirilməsinə başlanıb. ?Qafqazinfo? xəbər verir ki, toplantıda Vidadi Mirkamal bildirib ki, hazırda ?İslahatların Memerendumu? adlı sənədin müzakirəsi gedir: ?Bu sənədi hüquqşünaslar və mütəxəssislər hazırlayıblar. Biz istəyirik ki, müzakirələr dekabrın sonuna kimi yekunlaşsın. Sənəd cəmiyyətdə normal qarşılanıb?. V. Mirkamal qeyd edib ki, məqsədimiz müxalif düşərgədə olan pərakəndəliyi aradan qaldırmaqdır: ? İstəyirik müxalifət bir araya gəlsin. 2013-cü il prezident seçkilərinə vahid bir proqram təmin edilsin?. Qeyd edək ki, toplantıda Əli Kərimli, İsa Qəmbər, Rauf Arifoğlu iştirak edirlər. *** Əli Kərimli isə bildirib ki, bir neçə aydır ki, seçki istiqamətində dinləmələr keçirilir: ?Ümumiyyətlə, çalışılır ki, konsessual sənəd hazırlansın və qəbul edilsin. İndi bir-birinə münasibətinin necə olmağından asılı olmayaraq bütün siyasi qüvvələr birləşməli və müzakirələr aparmalıdırlar. Bu sənədin fərqi odur ki, bu detallı sənəd deyil. Ən mühim prioritetlər öz əksini tapıb bu sənəddə. Mən təklif edirəm ki, müzakirələrdən sonra hamı yekdilliklə bu sənədi qəbul etsin. Çünki inanmıram ki, kimsə bu sənədin qəbuluna razı olmaya?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA