Ramiz Mehdiyev: "Ziyalılar Forumunda 10-15 nəfər yığızıb və onlar ölkə ziyalılarının maraqlarını təmin edə bilməzlər"

img

03-12-2012 [01:56]


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün jurnalistlərin suallarını cavablanıdrarkən mühüm açıqlamalar verib. Ramiz Mehdiyev deyib ki, Azərbaycanda yüz minlərlə ziyalı var, Ziyalılar Forumunda isə 10-15 nəfər yığışıb və onlar ölkə ziyalılarının maraqlarını təmin edə bilməzlər: ?Sadəcə 10-15 nəfər yığışıb təşkilat yaradıblar. Təşkilatçıların keçmişini, bu gününü təhlil etsəniz görəcəksiniz ki, onların məqsədləri nədən ibarətdir. Kimsə deputat seçilməyib, kiminsə biznesi baş tutmayıb, kimsə başqa marağını təmin edə bilməyib, kimsə işdən qovulub... Bax, bu tipli insanlar orada yığışırlar və deyə bilərəm ki, əylənirlər. Azərbaycanın gələcəyi üçün bu forumun heç bir xeyri yoxdur?. R. Mehdiyev eyni zamanda ?Cəmiyyətdə Yeni Azərbaycan Partiyasının 2013-cü ilin prezident seçkisində namizədinin kim olacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Bu müzakirələri necə qiymətləndirirsiniz? YAP-ın namizədi kim olacaq?? sualına da aydınlıq gətirib: - Bu, cəmiyyətin, ictimaiyyətin apardığı müzakirələrdir və bunu da təbii qəbul etmək lazımdır. İnsanları maraqlandırır ki, gələn 5 ildə Azərbaycanın prezidenti kim olacaq, Azərbaycanın taleyi nədən ibarət olacaq, kiminlə bağlı olacaq. Bu da məlumdur. 2020-ci ilə qədər Azərbaycanın konsepsiyası var, bu gün burada keçirilən konfransda biz bunu müzakirə etdik və hər bir insan bundan özü üçün nəticə çıxara bilər ki, Azərbaycanın prezidenti kim olacaq. Prezident Administrasiyasının rəhbəri Rusiya Azərbaycan Təşkilatları İttifaqı adlı qurumun yaradılmasına da münasibət bildirib. Ramiz Mehdiyev deyib ki, belə bir qurumun yaradılmasına çox mənfi yanaşır: ?Ona görə mənfi yanaşıram ki, bir tərəfdən bu qurumun diasporla, Rusiyanın regionlarında fəaliyyət göstərən təşkilatlarla heç bir əlaqəsi yoxdur. İkinci tərəfdən mən görürəm ki, bu təşkilatda ümumi maraqlardan kənar bir məsələ müzakirə olunur, həmin təşkilatın üzvləri şəxsi maraq və məqsədlərindən çıxış edirlər?. Ramiz Mehdiyev qeyd edib ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqı yaradılmazdan əvvəl onun təşəbbüskarlarından biri ilə çox geniş söhbəti olub: ?Mənfi fikrimi bildirmişəm. Bir daha qeyd edirəm ki, belə bir təşkilatın qurulmasına çox mənfi yanaşıram və bunu Rusiyadakı diasporun parçalanmasına cəhd kimi qiymətləndirirəm?. ?Media forum?

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA