ispaniya liqasında Azərbaycan forması

img

02-12-2012 [03:23]


?Bu gün həm bizim, həm də şəhərimiz Madrid üçün özəl gündür. Həm ?Real?la derbi oyuna çıxacağıq, həm də yeni əməkdaşlıq müqaviləsini təqdim edirik?. Bu sözləri Madridin ?Atletiko? klubunun baş direktoru Miqel Anqel Gil üzərində ?Land of fire Azerbaijan? (Odlar yurdu Azərbaycan) forması yazılan, xüsusi olaraq bu gün ?Real?la derbi matçı üçün nəzərdə tututan formanın təqdimetmə mərasimində bildirib. Qeyd edək ki, bu hadisə ?Atletiko?nun ?Bakı? klubu ilə imzaladığı əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub. ?Atletiko? rəsmisi deyib ki, Azərbaycan onların bundan sonra da sıx əməkdaşlıq edəcəyi ölkələrdən olacaq. ?İmzalanmış razılaşmaya əsasən, ?Atletiko?nun komandalarından biri Azərbaycanda yoxlama oyunu keçirəcək. Bundan başqa, ?Atletiko?nun akademiyasında hazırlıq prosesi keçmək üçün Azərbaycandan futbolçuların seçimi aparılacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının də dəstək verəcəyi bir sıra digər tədbirlər də keçirəcəyik?. Qeyd edək ki, dünənki təqdimat mərasimində Miqel Anqel Gillə yanaşı, ?Atletiko? klubunun rəhbərliyinə daxil olan digər şəxslər, eləcə də Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev də iştirak edib. ?Bakı? klubu da Madrid derbisində Azərbaycan reklamı ilə bağlı açıqlama yayıb: ? Bu tədbir ?Atletiko? klubunun baş direktoru Migel Angel Xil Marinin Bakıya ziyarəti zamanı əldə olunmuş geniş əməkdaşlıq planının tərkib hissəsidir. Xatırladaq ki, 2012-ci ilin oktyabr ayında ?Bakı? klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə ölkəmizi ziyarət edən Xil Marin səfər günlərində beynəlxalq əlaqələr, uşaq və yeniyetmə futbolunun inkişafı, ?Atletiko? brendinin Azərbaycanda təmsil olunması, ?Bakı?nın İspaniyada tanınması və digər aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb və bunun nəticəsi kimi ?Bakı? ilə ?Atletiko? klubları arasında strateji əməkdaşlıq müqaviləsi imzalanmışdı. Ötən ay Bakıda əldə olunmuş razılığa əsasən, 3 il ərzində yüzlərlə azərbaycanlı futbolçu ?Atletiko?nun futbol akademiyasında təlim ala biləcəklər. Bu məqsədlə gələn ilin əvvəllərində ?Bakı? futbol klubu və AFFA-nın dəstəyi ilə seçim xarakterli turnirlər təşkil olunacaq. Baxış xarakterli bu yarışlara 10-15 yaş arası futbolçular qatılacaq. Təcrübəli seleksionerlər tərəfindən seçilən uşaqlar Madridə yollanacaq, uzunmüddətli proqramlar əsasında təlim və təhsil alacaq, İspaniyanın müvafiq yaş qrupları üzrə uşaq liqalarında oynamaq imkanı əldə edəcəklər. Bu layihənin bütün məsrəfləri ?Bakı? futbol klubu tərəfindən ödəniləcək?. Sonda onu da qeyd edək ki, ispan klubu bu gecə reklam forması ilə meydana çıxıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA