Böyükağa Hacıyev Azərbaycanı tərk edəcək

img

07-12-2012 [09:58]


Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyada "İnter"lə 2:2 bərabərə qalan "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. - Azərbaycanın bütün futbolsevərlərini salamlayırıq. Onlara öz təbriklərimizi çatdırırıq. Neçə ildir ki, Azərbaycan futbolu uğursuzluqlardan əziyyət çəkirdi. Bu gün isə "Neftçi" klubu İtaliyada "İnter"ə qarşı gözəl oyun nümayiş etdirdi və rəqiblə bərabərə qaldı. Mən bu sözü dəfələrlə təkrarlamışam. Bir şey ki, reallıqdı, buna niyə inanmayaq? [b]- "İnter" bu gün hansı cəhətinə görə "Neftçi"dən fərqlənirdi?[/b] - Bəzi qol epizodlarımız oldu. Əgər Vobay Flavinyonu başa düşə bilsəydi, hesab başqa cür də ola bilərdi. [b]- Mətbuat konfransına hansı əhval-ruhiyyədə gəlmisiniz?[/b] - Məni bu həyatda heç nə ilə təəccübləndirmək olmaz. Bu hesabdan sonra belə şokda deyiləm. [b]- "Neftçi"nin Avroliqanın qrup mərhələsindəki çıxışı Azərbaycan futboluna nə verdi? Sizcə, bu, artıq inkişafdı, yoxsa inkişafa gedən yoldur? [/b] - Futbolumuzda inkişaf ləng gedir. Ancaq bu gün hər şey göz qabağındadır. Bu uğur ölkə prezidentinin idmana göstərdiyi qayğının bariz nümunəsidir. Bu uğur Rövnəq Abdullayevin AFFA-ya düzgün rəhbərliyindən irəli gəlir. "Neftçi" futbolumuzun flaqmanıdır. Bütün klub prezidentlərinə tövsiyyə edərdim ki, gəlib Sadıq Sadıqovdan təsnifat kursları öyrənsinlər. [b]- Siz Böyükağa Hacıyev olaraq Azərbaycan millisinin baş məşqçiliyi postuna iddianızı ortaya qoyursunuzmu?[/b] - Millinin baş məşqçisi olmaq şərəf yeridir. Siz bilirsiniz ki, millinin başı bəlalıdır. Foqts müəllim yerində möhkəm oturub. Mən onun işinə maneçilik törətmək istəmirəm. Amma çox güman ki, Azərbaycanı tərk edəcəyəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA