ViP əməkdar artistin müdafiəsinə qalxdı

img

01-12-2012 [01:48]


lkədə mövcud hakim ideologiyaya zidd mövqe sərgiləyən sərbəst düşüncəli insanların təzyiq və təqiblərə məruz qaldığını birbaşa təsdiqləyən daha bir rüsvayçı fakt qeydə alınıb?. Bu fikirlər VİP-in bəyanatında yer alıb. Bəyanatda bildirilir ki, Azərbaycanın müasir teatr sənətinin ən tanınmış nümayəndələrindən biri olan, istedadı hətta hökumət tərəfindən etiraf edilərək, əməkdar artist adına layiq görülən İlqar Cahangirov mediada hakimiyyətin ünvanına səsləndirdiyi sərt, amma əsaslı tənqidlərdən sonra üzləşdiyi münasibətə görə çalışdığı Gənc Tamaşaçılar Teatrını tərk etməli olub: ?Bu fakt ümumilikdə Azərbaycan hakimiyyətinin Konstitusiyada təsbit edilmiş fikir və özünüifadə azadlığına sayğısızlığının daha bir nümunəsi, eyni zamanda, ölkənin əksər fəaliyyət sferalarında olduğu kimi, sənət ocaqlarında da ?zombi mühiti? yaratmaq niyyətinin növbəti təzahürüdür. Açıq görünür ki, ictimai-siyasi fəaliyyətin məhdudlaşdırılması istiqamətində neqativ təşəbbüslərinə ara verməyən hakimiyyət ictimai rəyə ciddi təsir imkanlarına malik incəsənət sferasında da alternativ fikir daşıyıcılarının olmasından ciddi narahatlıq keçirir. Belə olmasaydı, teatr sənətinin mövcud durumu və hökumətin bu sahədə apardığı yarıtmaz siyasət haqqında düşüncələrini bölüşən İ.Cahangirov varlığı ilə bağlandığı teatrdan uzaqlaşmaq məcburiyyətinə gətirilməzdi?. Vətəndaş və İnkişaf Partiyası (VİP) istedadlı aktyor İlqar Cahangirovun timsalında azad sənət adamlarına qarşı belə yolverilməz münasibəti qətiyyətlə pisləyir və yaradıcılıq sferasında normal mənəvi-psixoloji atmosferin təmin olunmasını tələb edir. VİP bir çox həmkarlarından fərqli olaraq, gerçək vətəndaş mövqeyi nümayiş etdirən istedadlı aktyor İ.Cahangirova tam dəstəyini ifadə edir və cəmiyyətin azad kəsimini tanınmış sənətçiyə yönəlik təzyiqlərə laqeyd qalmamağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA