ilham Əliyev bir sıra görüzlər keçirib

img

28-11-2012 [04:54]


Prezident İlham Əliyev bu gün Latviya Respublikasının baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan dövləti başçısı yüksək səviyyəli qarşılıqlı səfərləri bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib. Əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsində Hökumətlərarası birgə Komissiyanın rolunu vurğulayan prezident əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib. Ölkələrimiz arasında son illər ticarət dövriyyəsinin artdığını vurğulayan Valdis Dombrovskis isə iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsini ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə olan marağın göstəricisi kimi dəyərləndirib. Bu gün prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun salamlarını dövlət başçısına çatdırıb. Görüşdə ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA