ViP, Ədalət və Yazıllar partiyaları blok yaradır

img

26-11-2012 [02:42]


Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. Iclasda ölkədəki ictimai-siyasi vəziyyət, VİP, Ədalət və Yaşıllar partiyalarının iştirakı ilə siyasi blokun yaradılması, eyni zamanda, partitya fəaliyyətinə dair cari məsələlər müzakirə olunub. Birinci məsələ ilə bağlı çıxış edən VİP sədri Əli Əliyev prezident seçkilərinin yaxınlaşması kontekstində ölkənin çox həssas bir dönəmə daxil olduğunu diqqətə çatdıraraq, qarşıdakı dövrdə partiyanın fəaliyyətində çevikliyin artırılmasının vaibliyini önə çəkib. Ə.Əliyev bu ərəfədə müəyyən daxili və xarici faktorların xüsusilə qabardılmasının səbəblərini, hakimiyyətin və müxalifət qüvvələrinin mövcud davranışlarını ətraflı təhlil edərək, VİP-in bu proseslərə münasibətini ifadə edib. VİP sədri Ə.Əliyev daha sonra siyasi blokun yaradılması istiqamətində Ədalət və Yaşıllar partiyaları ilə aparılan danışıqlar haqqında məlumat verərək, nəzərdə tutulan blokun birgə hazırlanmış Əsasnaməsini Siyasi Şuranın müzakirəsinə təqdim edib. Bu məsələ ətrafında fikirlərini bildirən Siyasi Şura üzvləri üçtərəfli danışıqların mmüsbət nəticələnməsini təqdir edərək, sözügedən sənədin əsasən, qəbul olunmasına səs veriblər. Partiyanın fəaliyyətinə dair cari məsələlərin müzakirəsi zamanı VİP-in fəaliyyətinin gücləndirilməsinə yönəlik əlavə təkliflər irəli sürülüb və bu çərçivədə partiya rəhbərliyinə daxil olan şəxslərin bölgələrə səfərlərinin təşkili məqsədəuyğun sayılıb. İclasın sonunda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA