YAP-a üzvlük məcburidir və bundan imtina edənlər izini və maazını itirə bilər

img

26-11-2012 [12:44]


246;vrlər hakim partiyaya üzvlük məsələsi yenidən aktuallaşıb. Nazirliklər, digər dövlət qurumları xüsusi tədbirlər keçirərək işçilərinə üzvlük vəsiqələri paylayır. Büdcə təşkilatlarında çalışan insanların bu şəkildə üzvlüyə qəbul edilməsi bir daha sübut edir ki, YAP-a üzvlük məcburidir və bundan imtina edənlər işini və maaşını itirə bilər". Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı səsələndirib. Bu metodun demokratik prinsiplərə zərbə sayan AİDP sədri deyir ki, məhz bu məqamı nəzərər alaraq Azərbaycanda siyasi partiyalara rəsmi üzvülük prosesini aradan qaldırmaq lazımdır: "Biz belə bir təkliflə çıxış etmişik. Hesab edirik ki, ideoloji müstəvidə fəaliyyət göstərən təşkilatların qarşısında üzvlük məsləsinin qoyulması bir sıra çətinliklər yaradır. Amma YAP-ın timsalında müşahidələrimiz onu göstərir ki, partiyalara üzvlük məsələsi birmənalı şəkildə formal xarakter daşıyır. Deməli bu qayda təkcə ideoloji müstəvidə fəaliyyət göstrərən partiyalara görə deyil, həmçinin üzvlük məsəsləsində zor, fırıldaq, şirnikləndirmə metodlarından istfadə olunduğuna görə ləğv olunmalıdır?. AİDP sədrinin sözlərinə görə, partiyalara üzvlük məsələsində dostluq, qohumluq, tanışlıq, üz vurma kimi amillər də ciddi rol oynayır: "Etiraf etmək lazımdır ki, müxalifət partiyaları da bu metodan yararlanır. Xüsusilə də müxalifət partiayalarına inamın azaldığı bir dövrdə bu məsələ daha da aktuallaşıb. İndi hansısa ideologiyaya, əqidəyə görə birləşənlərin sayı az olur. Əlbəttə AİDP üzvlərinin sayını da bu metodla artırmaq olar. Amma onlar hamsısı islam-demokrat ideyasının daşıyıcıları olacaqlarmı? Bu suala birmənalı şəkildə ?bəli? demək düzgün olmazdı. Eyni vəziyyət, YAP-a, ?Müsavat?a, AXCP-yə və digərlərinə də aiddir. Bu mənada YAP-a kollektiv üzvlük prosesi də heç bir əhəmiyyət kəsb etmir. Ona görə də hesab edirik ki, partiya üzvlüyü effektli bir alət deyil. Əsas insanları partiyanın seçdiyi xəttə inandırmaq, bu xəttin ona xeyir gətirəcəyini başa salmaqdır. Belə olarsa hansısa partiyanı dəstəkləyənlərin və seçicilərin seçim imkanları da artacaq?. Avropada və qardaş Türkiyədə məhz bu metdoddan istifadə olunduğunu deyən T.Abbaslının sözlərinə görə, demokratik seçkilərin keçirilməsi naminə belə bir addım atılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA