Əli Həsənov Söyün Sadıqovun ermənilərlə imzaladığı bəyanatdan danızdı

img

24-11-2012 [12:11]


Azərbaycanın Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov noyabrın 23-də Moskvada ?Rusiya Erməniləri İttifaqı? Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan və ?AzərRos? Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatının prezidenti Söyün Sadıqov arasında keçirilən görüşə münasibət bildirib. PA-nin şöbə müdiri Ə.Həsənov AzNews.az-a eksklüziv açıqlamasında deyib ki, S.Sadıqov etnik baxımdan azərbaycanlı olsa da, amma Rusiyada anadan olub və bu ölkənin vətəndaşıdır. Onun sözlərinə görə, S.Sadıqov Rusiyada Azərbaycan dövlətini və xalqını təmsil etmir və edə də bilməz: ?Soyün Sadıqov Rusiya vətəndaşıdır, özünün burada təşkilatını yaradıb və Rusiya prezidenti yanında millətlərarası ictimai şurada müəyyən vəzifə daşıyır. O, Azərbaycan xalqını və dövlətini təmsil etmir. Ona görə də Azərbaycan dövləti olaraq bizim S.Sadıqovun fəaliyyətinə münasibət bildirməyimizin mənası yoxdur?. Xatırladaq ki, noyabrın 23-də Moskvada ?Rusiya Erməniləri İttifaqı? Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan və ?AzərRos? Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatının prezidenti Söyün Sadıqov arasında görüş keçirilib. Danışıqların və geniş görüşün nəticəsi olaraq birgə bəyanat imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA