isa Qəmbər: ?Neçə zahid dindirsəniz də, heç nə dəyizməyəcək?

img

23-11-2012 [06:26]


Noyabrın 23-də Abşeron Rayon Məhkəməsində müsavatçı gənc fəal, talehsiz avtomobil qəzasına uğrayan Nigar Yaqublunun növbəti məhkəməsi keçirildi. Noyabrın 13-də start götürən və bu günə təxirə salınan məhkəmə ölkənin siyasi arenasının, habelə ictimai sektor və diplomatik korpusun diqqəti böyük idi. Bu dəfə ki, məhkəmə prosesini izləməyə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, bir sıra ölkələrin, o cümlədən ABŞ, Norveç və İsveçrənin ölkəmizdəki nümayəndələri, ATƏT-in Bakı ofisinin təmsilçisi də gəlmişdi. Prosesdə Nigar Yaqublunun vəkilləri Elton Quliyev, Adil İsmayilov, Nemət Kərimli iştirak edirdilər. [b]Adil İsmayılov prokuroru ittiham etdi[/b] Məhkəmə prosesi zamanı Nigar Yaqublunun müdafiə tərəfi, tanınmış vəkil Adil İsmayılov istintaq gedişi zamanı Nigar Yaqublunun və onun ailə üzvlərinin o cümlədən, atası Tofiq Yaqublunun telefon danışıqlarının qanunsuz olaraq dinlədiyini bildirdi. O bu işdə müstəntiqi və prokuroru günahkar bildi. A. İsmayılov məsələ ilə bağlı məhkəmədə çıxış edərkən vurğuladı ki, müdafiə tərəfi şikayət edəcək. Dövlət ittihamçısı isə vəkil Adil İsmayılovun sözləri ilə razılaşmadığını söylədi: ?İstintaq müddətində hər şey qanun əsasında aparılıb?. [b]Nigar Yaqublu: ?Həbsimin mahiyyəti mənə aydın deyil?[/b] Məhkəmə prosesi zamanı hakim İlham Kərimli sözü ittiham olunan Nigar Yaqubluya verdi. Hakimin ?Nədə ittiham olunduğunuzu bilirsinizmi ?? sualına, N.Yaqublu ?Həbsimin mahiyyəti mənə aydın deyil? deyə cavab verdi. Vəkil Adil İsmayılov isə ?Nigar xanım bilir ki, indiyə kimi Azərbaycanda bu ittihamla həbs olunan olmayıb? deyə bildirdi. Hakim isə Nigar Yaqubluya xatırlatdı ki, o Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur. Bu zaman isə onu 2 ildən 4 ilə kimi həbs cəzası gözləyir. Söz alan vəkil Elton Quliyev isə hadisə şahidlərinin məhkəmədə dindirilməsini tələb etdi: ?Bu işdə beş nəfər hadisə şahidi kimi qeyd olunub. Onlar istintaqa ifadə veriblər. Müdafiə tərəfi tələb edir ki, həmin şəxslər məhkəməyə gətirilsin bir daha dindirilsin. Hadisə ilə bağlı bir çox qaranlıq məqama o zaman aydınlıq gətirilə bilər?. [b]Mülkü iddiaçı: ?Nigar xanıma azadlıq tələb edirəm?[/b] Hakim vəkillərin tələbini nəzərə alıb, məhkəmə prosesinə gətirilən mülkü iddiaçı Sadiq Xəlilovun zala gətirilməsini tələb etdi. Məhkəmə zalına gətirilən mülkü iddiaçı vəkillərin suallarını cavablandırdı. S.Xəlilov hadisə baş verən günü ?Azersun?un zavodundan 12 ton şəkəri şəxsi tabeliyində olan ?KaMAz? markalı maşınla şəhər istiqamətində apardığını və Nigar Yaqublunun idarə etdiyi ?Pejo? markalı avtomaşının sürətlə onun qarşısına çıxdığını söylədi. Hadisə nəticəsində yük maşınının aşdığını deyən S.Xəlilov bununla bağlı elə həmin gün istintaqa ifadə verdiyini bildirdi. Bir öncəki məhkəmə prosesində ona dəymiş ziyanın ödənilməsini tələb edən Sadiq Xəlilov iddiasını geri götürdüyünü və xanım Nigar Yaqublunun azad olunmasını istədiyini bildirdi: ?Dəymiş ziyanı borc götürüb ödəyəcəyəm, işləyib o pulu qazanacağam. Amma, mən istəmirəm bu gənc qız həbsdə yatsın. İddiamı geri götürürəm və möhtərəm hakim, sizdən xahiş edirəm bu gənci həbsxanada saxlamayın. Mən ona azadlıq tələb edirəm?. Növbəti proses dekabrın 5-də keçiriləcək. Məhkəmə prosesinin gedişində müdafiə tərəfi Nigar yaqublunun üzərindən həbs qəti imkan tədbirinin götürülməsini tələb etdilər. Onlar bu tələblərini qanunla da əsaslandırdılar. Hakim İlham Kərimli isə bildirdi ki, yazılı vəsatətdən sonra məhkəmə buna baxa bilər. Daha sonra hakim növbəti məhkəmə prosesinin dekabrın 5-i saat 11-ə təyin olunduğunu elan etdi. Nigar Yaqubluya dəstək olmaq üçün məhkəmədə iştirak edən insanlar ayaq üstü Nigarla görüşüb ona ürək-dirək verdilər. [b]İsa Qəmbər: ?Neçə şahid dindirsəniz də, heç nə dəyişməyəcək?[/b] Hakim İlham Kərimli prosesin təxirə salındığını elan edəndə zalda əyləşən Müsavat başqanı İsa Qəmbər replika verdi: ?Siz bu qərarı elan edəndə Bernard Şounun bir fikri yadıma düşdü. O deyib ki, bir avtomobil qəzası haqda iki şahid dinlədikdən sonra mənim tarix elminə hörmətim azaldı. Siz bu işin mahiyyətini gözəl bilirsiniz. Neçə şahid dindirsəniz də, heç nə dəyişməyəcək. Ona görə də bu işi uzatmayın, qərarınızı verib ədaləti bərpa edin, işi yekunlaşdırın. Özünüzü o qızın yerinə qoyun. Bu, bir qəzadır və hər kəsin başına gələ bilər, heç kim qəzadan sığortalanmayıb. Ona görə də hələ bilmək olmaz hansı qəzalar olacaq, kim türmədə oturacaq?. Məhkəmədən sonra ?Yeni Müsvat?a danışan Müsavat başqanı İsa Qəmbər bunları dedi: ?Məhkəmə Nigar xanımın, yaxınları, silahdaşları və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirildi. Nigar xanım həbsdə saxlanmasaydı cəmiyyət bu hadisəyə daha təmkinli yanaşa bilərdi. Biz də maraqlı idik ki, bu hadisə qanun çərçivəsində araşdırılsın. Hamı kimi biz də maraqlıyıq ki, bütün sürücülər yola çıxarkən diqqətli və bir o qədər də məsuliyyətli olmalıdırlar. Azərbaycanda belə bir nümunə olmayıb ki, yol qəzası zamanı, şikayət olmadan, ağırlaşdırıcı bir fakt olmadan bir qadını həbs etsinlər. Ona görə cəmiyyət şokdadır, hər kəs narahatdır. Bugünkü məhkəməyə diqqət çox olduğundan hakim prosedurlara əməl etməyə çalışırdı. Mülkü iddianın əsassız olduğunu deyən vəkillərdən sonra o iddianın ləğv olunması ilə razılşadı. Burada söhbət formal qaydalardan getmir. Əsas məsələ isə bu işin mahiyyətidir. Biz öz övladlarımıza nə cür münasibət istəyiriksə, başqalarının da övladlarına o cür münasibət göstərməyi bacarmalıyıq. Nigarı aylarla həbsdə saxlamaq heç kimə yaraşmayacaq. Ona görə bu məsələ ən qısa zamanda həll olunmalıdır?. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ?Yeni Müsavat?a açıqlamasında dedi ki, iddia tərəfinin yumşalmasını görməyib: ?Əslində bugünkü məhkəmə prosesi də Nigarın üzərindəki həbs qəti imkan tədbirinin saxlanılmasının davam etməsi idi. Adətən belə məhkəmələr bir həftədə yekunlaşır. Bu prosesin isə vaxtı get-gedə uzanır. İndi də əlavə 12 gün fasilə elan olundu. Bu göstərir ki, məhkəmə daha bir ay davam edəcək və bu zaman da Nigar Yaqublu həbsxanada saxlanılacaq. Həbs qəti imkan tədbiri dəyişdirilsəydi bu normal olardı. Çünki mərhum Aydın Acalov yaxınları dəfələrlə bildiriblər ki, şikayətçi deyillər və bu gün də mülkü iddiaçı iddiasını geri götürərək Nigara azadlıq tələb etdi?. Xatırladaq ki, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi ?KaMAz? markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.#601; diplomatik korpusun diqq#601;yir(musavat).

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA