Əli Həsənov: "Azərbaycanda gənclər üçün bütün zərait yaradılıb"

img

22-11-2012 [02:11]


Bakıda ?Yeni nəsil: sərhədsiz məsuliyyət? II Beynəlxalq Gənclər Forumunun keçirilməsi müsbət haldır. Trend-in məlumatına görə, bunu forumda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Həsənov bildirib ki, belə bir tədbirin keçirilməsi Azərbaycan və Rusiya prezidentlərinin siyasi fəaliyyətinin nəticəsidir. PA rəsmisi Azərbaycanda gənclər üçün bütün şəraitin yaradıldığını qeyd edib. Onun sözlərinə görə, bu gün Azərbaycanla Rusiya arasında münasibətlər açıqdır, qarşılıqlı anlaşma şəraitindədir. ?Siyasi, mədəni və bir çox sahələrdə bu əlaqələr inkişaf edir?, Həsənov deyib. BAKIDA GƏNCLƏR FORUMU KEÇİRİLİR Noyabrın 22-də Bakıda ?Yeni nəsil: sərhədsiz məsuliyyət? II Beynəlxalq Gənclər Forumu başlayıb. Forumun məqsədi Qafqazda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin dinc və davamlı inkişafında, münaqişələrin həllində, məlumatın əldə edilməsində və ötürülməsində məsuliyyətin artırılmasıdır. Forum iştirakçılarının Naxçıvana səfərinin təşkil edilməsi planlaşdırılır. Tədbir noyabrın 24-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA