20 təzkilat Gənclər Təzkilatlarının Milli Şurasına üzv olub

img

21-11-2012 [01:23]


;rbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Məclisinə 20 yeni təşkilat üzv qəbul olunub. Şuranın mətbuat xidmətindən bildirilib ki, ARGTMŞ-ı Məclisinin iclası keçirilib. İclasda təşkilatın cari hesabatının təqdim olunması, təşkilatın məclis sədrinin, baş katibinin seçilməsi və gənclər təşkilatlarının üzvlüklə bağlı müraciətlərinə baxılıb. İclas zamanı ARGTMŞ-ın sədri Şahin Seyidzadə tərəfindən 2012-ci ilin iyul ? noyabr ayları üzrə cari hesabat təqdim olunub və gələcək planlardan danışılıb. Şahin Seyidzadə qeyd edib ki, yaxın gələcək üçün təşkilatın əsas strateji prioritetləri gənclər təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi, gənclər siyasəti və proqramının inkişafı prosesinə veridyi tövhəni artırmaqdır. ARGTMŞ məclisinin sədri vəzifəsinə Rəşxan Qaraşlı seçilib, baş katibi vəzifəsinə isə Seymur Hüseynovun namizədliyi təsdiq edilib. İclas zamanı həmçinin təşkilatların üzvlüklə bağlı müraciətlərinə baxılıb. Səs çoxluğu ilə 20 yeni gənc təşkilat ARGTMŞ-ın üzvlüyünə qəbul olunub. Bununla da Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şuarsına üzv olan təşkilatların sayı 93-ə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA