Elzad Abdullayevin hakimi fakt qarzısında qoymasının sirri açıldı

img

21-11-2012 [10:27]


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev növbətini videoçarxı da bomba effekti verib. Noyabrın 16-da yayılan videoçarx E.Abdullayevin Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirirdi. Maraqlıdır ki, həmin görüntülərdə E.Abdullayev itkin düşmüş qardaşı Mahir Abdullayevin geri qaytarılması üçün hakimlə danışıqlara girir. Sabiq rektorla hakim arasındakı söhbət 2007-ci ilin iyuluna təsadüf edir. İkili arasındakı söhbət zamanı da məlum olur ki, o vaxt M.Abdullayevin itməsindən 3 il 8 ay keçibmiş və hakimin deməsindən belə çıxırdı ki, rektorun qardaşı sağdır. Həm bu videogörüntünün detalları, həm də sabiq rektorun gələcək strategiyası barədə suallarımızı hazırda Fransada olan və E.Abdullayevin işi ilə bağlı araşdırma aparan blogger-jurnalist Elnur Məcidliyə ünvanladıq. [b]- Elnur bəy, Elşad Abdullayevi son videonu yaymağa nə təhrik etdi?[/b] - Sonuncu videoda göstərilən hakim Hacı Ağababa Babayev yeni yaradılmış müstəqil istintaq komissiyasına bu yaxınlarda ifadə vermişdi. Bildiyiniz kimi, Elşad Abdullayev bu və bənzər videoları istintaqa da təqdim edib. Ağababa Babayev komissiyadakı ifadəsində videodakı görüntüləri və danışdıqlarını inkar edəndə bu videonun ictimailəşməsi zərurəti yarandı. [b]- Elşad Abdullayev istintaqın gedişindən niyə razı deyil? Onu konkret nə qane etmir?[/b] - İstintaqın hazırkı gedişi zənnimcə, qənaətbəxş deyil. Ola bilsin nəsə etmək istəyirlər və yaxud bunun görüntüsünü yaradırlar. Ancaq bu cinayət işinin ləngidilməsi, istintaq prosesinin yavaşladılması daha çox videonun ictimailəşməsinə gətirib çıxara bilər. [b]- Əlinizdə bu videodan daha hansı şok videolar var?[/b] - MTN mayoru Mahir Abdullayevin oğurlanması ilə bağlı açılmış cinayət işinə kömək üçün kifayət qədər videolar, audioyazılar və materiallar var. Bu materialların hər birinin öz ictimai çəkisi var. [b]- Həmin videoları növbə ilə paylaşacaqsız? Yoxsa son videodan sonra nəbzi yoxlayacaqsız?[/b] - Videoların ictimailəşməsi istintaq prosesinin gedişindən asılıdı. İstintaqa dəvət edilən şəxs, vəzifəli məmur danışdıqlarını inkar edəcəksə, onun videosu ictimailəşəcək. Yəni videoların ictimailəşməsi bir növ məcburiyyətdən yaranır. Müstəqil istintaq komissiyası videoların ictimailəşməsini istəmir və Elşad Abdullayevin vəkilindən istintaq sirrinin qorunmasını istəyir. Lakin istintaqın fəaliyyətində və həmçinin istintaqa ifadə verən şəxslərin ifadələrində ziddiyyətlər yarananda Elşad Abdullayevin həqiqəti ortaya qoymaq üçün videoları ictimailəşdirməsi zərurətdir. [b]- Hakimlə videodakı söhbətdən belə məlum olur ki, çəkiliş gerçəkləşən vaxt qardaşı Mahir Abdullayevin sağ olduğuna inanırmış. [/b] - Bəli, videoda gördüyünüz kimi, hakim öz danışığında bir çox şeyləri deyir, etiraf edir. Bu gün isə həmin danışdıqlarını inkar etməkdədir. Əsas sual da məhz elə budur. [b]- Həmin hakimə Elşad Abdullayev nə qədər pul verib? [/b] - Həmin hakimə nə qədər pul verilməsi məsələsindən xəbərim yoxdur. [b]- Hakim Hacı Ağababa Babayev mediaya açıqlamasında bu videonu inkar edib və orada ciddi montaj aparıldığını deyib. Bu iddiaya münasibətiniz.[/b] - Elşad Abdullayev kimin videosunu yayınlayır, hamısı deyir montajdı. Olduqca gülməli bir vəziyyət yaranıb (gülür). Daha sonra videonun inkarı mümkün olmayanda ya insult olur, ya qan təzyiqi artır, ya da ayaqları tutulur. Bu videoların ictimailəşməsi həm də o baxımdan yaxşıdır ki, 400-ə yaxın videoda adı hallanan, iştirakçı olan şəxslər istintaq komissiyasına ifadə verərkən yayınlanmış əvvəlki videoları nəzərə alsınlar və istintaqa daha dolğun məlumat versinlər, əvvəlkilər kimi inkar mövqeyi tutmasınlar.(musavat.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA