"Qalatasaray" "Mançester Yunayted"i devirdi, UEFA vəsiqəsi həll olundu

img

21-11-2012 [01:46]


Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində E qrupunun autsayderi "Nordsjaelland" (Danimarka) doğma meydanda "Şaxtyor"u qəbul edib və 2:5 hesabı ilə uduzub. Lider "Çelsi" isə səfərdə "Yuventus"un qonağı olub. Görüş 3:0 hesabı ilə Turin təmsilçisinin xeyrinə başa çatıb. F qrupunda son Belarus çempionu BATE öz meydanında Fransa "Lill"i ilə qarşılaşıb. Bu görüşdə "Lill" qalib gəlib - 2:0. Qrupun lideri "Valensiya" ikinci pillədə qərarlaşan "Bavariya" ilə 1-1 bərabərə qalıb. G qrupunda növbəti mərhələyə çıxmaq şanslarını saxlayan "Spartak" (Moskva) klubu doğma azarkeşləri önündə "Barselona" ilə üz-üzə gəlib və 0:3 hesabı ilə uduzub. Bu isə Maskva klubunun son ümidini də öldürüb. "Barsa" bu qələbə sayəsində son turun nəticəsindən asılı olmayaraq, 1/8 finala vəsiqəni təmin edib. Qrup ikincisi "Seltik" klubu səfərdə "Benfika"nın qonağı olub və 2-1 məğlub olub. H qrupunda son Türkiyə çempionu "Qalatasaray" klubu öz meydanında "Mançester Yunayted"lə görüşdən 1-0 qlib ayrılmaqla qrup 2-liyini qoruyub. Digər oyunda isə Rumıniya "ÇFR Kluj"u Portuqaliya "Braqa"sıni 3-1 məğlub edərək "Qalatasaaray"la xalını (7 xal) eyniləşdirib. Son turda türk klubu heç bir şansı olmayan "Braqa"yla, rumın klubu isə lider "Mançester Yunayted"lə münasibətlərinə aydınlıq gətirəcək. Qrup ikinciliyi bu oyunların nəticəsindən aslı olacaq. Onu da qeyd edək ki, son oyundan asli olmayaraq, yəni son oyunun nəticələrinə uyğun olaraq 3-cü pillədə qərarlaşarsa, türk klubu UEFA liqasında oynamaq hüququ qazanacaq. Qeyd edək ki, V turun oyunları sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA