UEFA ?Şaxtyor?un futbolçusunu cəzalandırdı

img

28-11-2012 [11:38]


UEFA İntizam Komitəsi Ukraynanın ?Şaxtyor? klubunun futbolçusu Luis Adrianonu cəzalandırıb. Braziliyalı hücumçu Danimarka ?Nordşelland?ı ilə Çempionlar Liqası matçında ?fair-play? prinsipini pozduğu üçün bir matçlıq diskvalifikasiya olunub. O, sonuncu turda İtaliya ?Yuventus?una qarşı ev oyununu buraxmalı olacaq. Eyni zamanda ?sambaçı? bir gününü futbol ictimaiyyətinin xidmətində keçirəcək. Qeyd edək ki, Luis Adriano ?Nordşelland?la görüşün 26-cı dəqiqəsində topu rəqibə vermək əvəzinə qapıçı ilə təkbətək çıxıb və qol vurub. Görüş ?Şaxtyor?un qələbəsi ilə nəticələnib. ?Yuventus?la qarşılaşma dekabrın 5-də Ukraynanın Donetsk şəhərindəki ?Donbass Arena?da baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA