ADP növbəti ilin dövlət büdcəsi layihəsini böyük korrupsiya risklərini əks etdirən sənəd kimi qiymətləndirib

img

20-11-2012 [05:34]


Bu gün ADP idarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Parlamentdə müzakirə olunan növbəti ilin dövlət büdcəsi layihəsinə dair müzakirələr aparan İdarə Heyəti layihənin ciddi qüsurlarla hazırlandığını, belə ki, sosial sahəyə, səhiyyəyə və təhsilə yenə də həddindən artıq az vəsait ayrıldığını, bunun əksinə korrupsiya təhlükəsi çox olan tikinti və istiqaməti konkret göstərilməyən digər sahələrə külli miqdarda vəsaitin nəzərdə tutulduğunu təəssüflə qeyd edib. Müzakirələrin yekunu olaraq ADP İdarə Heyəti növbəti ilin dövlət büdcəsi layihəsini böyük korrupsiya risklərini əks etdirən sənəd kimi qiymətləndirib. Tolantı iştirakçıları İsrailin bir çox insanın ölümü ilə nəticələnən və Yaxın Şərq məsələsinin getdikcə dərinləşməsinə səbəb olan Qəzza bölgəsinə hücumlarını qətiyyətlə pisləyib. Partiya yetkililəri İsrail-Fələstin münaqişəsinin getdigcə Ərəb-İsrail münaqişəsi müstəvisinə daxil olmasından narahatlıq ifadə edib və BMT-ni öz səlahiyyətləri çərçivəsində İsrail hücumlarını dayandırmaq, Fəlstinin beynəlxalq səviyyədə hüquqlarının qorunması üçün cidi tədbirlər görməyə, eyni zamandfa bütün müsəlman dövlətlərini Fələstinin haqq davasında maddi və mənəvi dətək verməyə çağırıb. İdarə Heyəti üzvləri 17 noyabr Dirçəliş günü gənclərin ?Fəvvarələr meydanı?nda keçirdiyi etiraz aksiyasını vətəndaşların konstitusiya onlara şamil edilən hüquqlarının təmin edilməsi, mövcud rejimin anti demokratik siyasətinə qarşı müqavimət göstərmək baxımından təqdir edib və aksiya iştirakçılarına qarşı tətbiq edilən zorakılıqları qətiyyətlə pisləməklə hakimiyyətin bu hərəkətlərini ölkədə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması kimi dəyərləndirib. Mitinq iştirakçılarına qarşı bu qədər şiddət göstərilməsinin, polis əməkdaşları tərəfindən onların vəhşicəsinə döyülməsinin yol verilməz olduğunu diqqətə çəkən toplantı iştirakçıları bu cür vəhşiliklərin dövlət başçısının YAP-ın 20 illik yubleyində demokratik ölkəllərdə aksiya iştirakçılarına qarşı vəhşiliklər törədilməsi barədə səsləndirdiyi fikirlərlə ziddiyyət təşkil etdiyini bildirib və ölkə prezidentini həbs edilən gəncləriin azadlığa buraxılması və günahkar şəxslərin cəzalandırılması üçün addımlar atmağa çağırıb. İdarə Heyəti üzvləri kütləvi saxtakarlıqla deputat kürsüsünə yiyələnən, hazırda AMEA-nın İnsan Hüquqları İnstitunun direktoru vəzifəsini yerinə yetirən A.Mustafayevin hicablı qızların məktəblərə buraxılmaması və və yalnız dini təmayüllü məktəblərdə qızların hicab daşımasına icazə verilməsi təşəbbüsü ilə çıxış etməsini vicdan azadlğına qarşı yönəlik hərəkət və vətəndaşların təhsil hüququnun pozulması kimi dəyərləndirib və Parlamenti bu cür cəfəng təşəbbüsləri müdafiə etməməyə çağırıb. İdarə Heyəti üzvləri bəzi partiya liderlərinin qarşıdan gələn prezident seçkilərində ayrı-ayrılıqda namizədliyinin irəli sürməsi təşəbbüsü ilə çıxış etməsini müxalifətin ümumi birliyinə vurula biləcək ziyan kimi dəyərləndirib və siyasi müxalifəti bir daha vahid namizəd, vahid komanda halında birləşərək seçkilərdə mütəşəkkil iştirak etməyə səsləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA