Mahmud Qurbanov zədədən, Böyükağa Hacıyev isə oyunçularından zikayətçidir

img

04-11-2012 [04:21]


Bu gün Azərbaycan Premyer Liqasında XII turun oyunlarına start verilib. Bu mövsüm heç də uğurlu çıxış etməyən [b]"Bakı"[/b] Gəncədə [b]"Kəpəz"[/b]in qonağı olub. Gəncə təmsilçisi bu görüşdə qələbə qazanmaqla sonuncu pillədən qurtula bilərdi. Lakin bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, görüşdə hesab açılmayıb - 0:0. Oyundan sonra açıqlama verən [b]?Kəpəz?in baş məşqçisi Mahmud Qurbanov[/b] əvvəlcə zədələrdən şikayətlənib: ?Heyətdəki itkiləri nəzərə alsaq, nəticəni məqbul saymaq olar. Zədəlilərimiz çox idi. Nikolay Svejentsev meydana ağrıkəsici iynə ilə çıxmışdı, amma bunun da köməyi olmadı. Nəticədə 3-cü dəqiqədə onu əvəzləmək məcburiyyətində qaldıq". M.Qurbanov bu görüşdə qələbə qazanmaq istədiklərini bildirib: "Oyunu əks-hücum üzərində qurmuşduq. Rəqibin hücumlarının qarşısını ala bildik. Ucaboy hücumçuların hava ötürməsi zamanı səylərini nəzərə almasaq, həmlə təşkil etmələrinə imkan vermədik. Qələbə qazanmaq istəyirdik, lakin oyundan bir xalla ayrıldıq. Uşaqların əksəriyyəti təcrübəsizdir, üzərimizdə hələ çox işləməliyik?. Rəqib komandanın [b]baş məşqçisi Bojidar Bandoviç[/b] isə meydançanın vəziyyətinin yaxşı olmamasının nəticəyə təsir etdiyini bildirib: "Meydançanın vəziyyətinin yaxşı olmaması hər iki komandanın oyununa təsir etdi. Bura 3 xal üçün gəlmişdik, lakin heç-heçə ilə kifayətlənməli olduq. Qalib gəlmək üçün qol vurmaq lazımdır, bunu bacarmadıq. Rəqib komandada boşluqlar olsa da, oyun boyu bundan istifadə edə bilmədik?. Günün digər qarşılaşması Qəbələdə keçirilib. Burada yerli [b]"Qəbələ"[/b] klubu [b]"Neftçi"[/b]ni sınağa çəkib. Ötən tur qələbə qazanan hər iki komandanın dueli böyük maraq doğururdu. Ötən turda "Qarabağ"ı məğub edən Ramiz Məmmədovun komandası "Neftçi" ilə görüşdən də 3 xalla ayrılıb - 2:1. Oyunda hesabı 31-ci dəqiqədə ?Qəbələli Lourival Assis açıb. Bu qoldan bir dəqiqə sonra isə ?Flaqman? hesaba tarazlıq gətirib. Oyunda son nöqtəni isə yenə ev sahibləri qoyublar. Maçtın 88-ci dəqiqəsində Dodo qələbə topunu vurub. Onu da qeyd edək ki, "Qəbələ" matçın 90-cı dəqiqəsində penalti zərbəsindən yararlana bilməyib. Bruno Da Silvanın zərbəsini "Neftçi"nin qapçısı Saşa Stamenkoviç zərərsizləşdirib. Oyundan sonra qalib komandanın [b]baş məşqçisi Ramiz Məmmədov[/b] komandasından razı olduğunu dilə gətirib: ?Oyunu şərh etməyə ehtiyac yoxdur, hər şey göz qabağında idi. Komanda verilən tapşırıqları sona kimi yerinə yetirdi. Oyun intizamı da pozulmadı, komanda son dəqiqələrə qədər mübarizə apardı. Yolumuza yavaş-yavaş davam edirik. Bu uğurların ardının gələcəyinə inanıram?. ?Flaqman?nın şefi [b]Böyükağa Hacıyev[/b] isə ənənəsinə uyğun olaraq komandasından narazı olduğunu deyib: "Avroliqa oyunlarından sonra komandada yorğunluq hiss olunmaqdadır. Julius Vobaya müəyyən qədər istirahət versəm də, yorğun olduğu görünürdü. Onun əvəzinə meydana daxil olan Araz Abdullayev isə yenə də mən istədiyim kimi oynamır. Müdafiə xəttində çıxış edən futbolçulardan narazıyam, xüsusən də Elvin Yunuszadə verdiyim tapşırıqları yerinə yetirmədi. Artıq əsas fikrimizi ?Rubin?lə oyuna yönəldəcəyik?. [b]Sabah isə aşağıdakı komandalar qarşılaşacaqlar:[/b] 14:00. ?Sumqayıt? ? ?İnter? 14:30. ?Turan? ? ?Simurq? 15:10. ?Qarabağ? ? AZAL 16:00. ?Xəzər Lənkəran? ? ?Rəvan?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA