?Qırmızı Şeytan?lar ?çelsi?ni əzdi; Hakim ?çelsi?dən 2 oyunçunu qovdu

img

28-10-2012 [10:13]


İngiltərə çempionatında derbinin qalibi ?Qırmızı Şeytanlar? oldu. Mia.az xəbər verir ki, bugünkü derbidə ?Mançester Yunayted? lider ?Çelsi? ilə səfərdə qarşılaşıb. İlk dəqiqələrdən hücumlar edən ?Qırmızı Şeytan?lar 4-cü dəqiqədə ?Çelsi?nin qapısına yol tapıb. Daha dəqiqi, ?Çelsi?li David Luiz avtoqola imza atmaqla qonaqları önə çıxarıb. Lider özünə gəlməmiş ?Mançester? 2-ci topu vurub. Qonaqların 12-ci dəqiqədə vurduğu qola ev sahibləri 44-də Xuan Matanın təsəlli qolu ilə cavab veriblər. İkinci hissəyə istəkli başlayan ev sahibi ?Çelsi? aradığı qolu 53-cü dəqiqədə Ramireslə tapıb ? 2:2. Bu qoldan sonra basqılarını artıran qonaqların hücumları qarşısında duruş gətirə bilməyən lider komandanın oyunçusu Branislav Ivanovic 63-də qırmızı kartla meydandan qovulub. 69-da isə Torres ikincim sarı kartla meydandan qovulub. Yaranmış fürsətdən istifadə edən ?Mançester? 75-ci dəqiqədə qələbə qolunu vurub- 2:3. Bu qələbə sayəsində xalını 21-ə çatdıran ?Mançester Yunayted? ?Mançester Siti? ilə 2-ci və 3-cü yerləri bölüşürlər. Liqada ilk məğlubiyyətini alan ?Çelsi?isə 22 xala liderdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA