"Fənərbaxça" darmadağın oldu; Keçmiz oyunçusu son qolu vurdu

img

30-10-2012 [10:44]


Futbol üzrə Türkiyə Superliqasında IX tura yekun vurulub. Son oyun günündə doğma azarkeşləri önündə "Antalyaspor"la qarşılaşan "Fənərbaxça" klubu turu xalsız başa vurub. Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan "sarı lacivərdlilər" ikinci hissədə də oyunda dönüş yarada bilməyib. Daha doğrusu, Mussa Sounun ikinci hissənin ilk dəqiqələrində atdığı qolla ümidlənən Aykut Kocamanın yetirmələrinin bərabərlik qolunu vurmağa gücləri yetməyib. Tam əksinə, 80-ci dəqiqədə sabiq ?Fənər?li Kocamanın komandasını cəzalandırıb. Dəniz Barışın vurduğu üçüncü qol sayəsində ?Antalyaspor? ?Qalatasaray?la xalını bərabərləşdirib, liderliyə şərik olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA