Bakının "inter" klubunun iki futbolçusu bıçaqlandı

img

11-10-2012 [09:51]


Paytaxtın Nəsimi rayonunda Bakının tanınmış klubunun məşhur futbolçularına silahlı hücum olub. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Bakının ?İnter? futbol klubunun iki gürcü futbolçusu ?Mamoniya? kafesinin yaxınlığında bıçaqlanıb. Müəyyən edilib ki, klubun hücumçusu Georgi Adamiya və qapıçısı Giorgi Lomaya sözügedən barın qarşısında naməlum şəxslərin hücumuna məruz qalıblar. Cinayətkarlar futbolçuları bıçaqla hədələyərək əyinlərindəki gödəkçəni, telefonlarını və pullarını almaq istəyiblər. Futbolçular müqavimət göstərərkən həmin şəxslər onlara bıçaqla xəsarət yetiriblər. Hazırda faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA