"Neftçi" "Rubin"ə də məğlub oldu

img

25-10-2012 [11:46]


Bu gün Avropa Liqasının qrup mərhələsində Bakının "Neftçi" klubu bu gün üçüncü matçına çıxıb. Son Azərbaycan çempionu səfərdə "Rubin" (Kazan, Rusiya) klubunun qonağı olub. Keçirdiyi iki oyundan cəmi 1 xal toplayan Böyükağa Hacıyevin komandası səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaqdı. Lakin Kasayevin matçın 16-cı dəqiqəsində vurduğu qol Kazan təmsilçisinə qələbə qazandırıb - 1:0. Qeyd edək ki, bu komandalar arasında növbəti oyun noyabrın 8-də, Bakıda keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA