Azərbaycan çempionatında hakimi döydülər

img

20-10-2012 [09:15]


Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyunlar keçirilib. Paytaxtın AZAL klubu səfərdə "Turan"ın qonağı olub. "Təyyarəçilər" bu görüşdə qələbə qazanmaqla ilk "altılıqda"kı mövqeyini qorumağa çalışacaqdı. Lakin Tovuz təmsilçisi vurduğu tək qolla görüşdən 3 xalla ayrılıb - 1:0. Oyundan sonra açıqlama verən [b]AZAL-ın baş məşqçisi Vaqif Sadıqov[/b] deyib ki, oyunlarının alınmadığını bildirib: "Turan"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbələrin ardının gəlməsini arzulayıram. Komandanın yeni rəhbərliyini və məşqçini təbrik edirəm. Bu gün oyunumuz alınmadı. Bundan sonrakı oyunlarda yalnız qələbə qazanmağa çalışacağıq?. ?Fikrimcə, AZAL bu gün yaxşı oynadı. AZAL-a qarşıdakı oyunlarda uğurlar arzulayıram". Bu sözləri isə oyundan sonra [b]"Turan" klubunun baş məşqçisi Əfqan Talıbov[/b] deyib. Onun sözlərinə görə, komandası sonadək mübarizə aparıb:: "Keçmiş baş məşqçimiz Əsgər Abdullayevə ?Turan?da gözəl kollektiv yaratdığı üçün təşəkkür edirəm. Komandamız bu gün yaxşı oynadı, sona kimi mübarizə apardı, futbolçularıma minnətdaram?. Çempionatın lideri [b]"Simurq"[/b] komandası Bakıda [b]"İnter"[/b]lə qarşılaşıb. Zaqatala təmsilçisinin "İnter" qarşısında necə təsir bağışlayacağı böyük maraq doğururdu. Matçın taleyini bir qol həll edib. Baçana Sxadadzenin matçın 52-ci dəqiqəsində vurduğu qol "bankirlər"ə qələbə qazandırıb - 1:0. Bu qarşılaşma uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionunda ilk Premyer Liqa matçı olub. Oyuna fəal başlayan ?Bakı? 24-cü dəqiqədə Edemir Rodrigezlə hesabı açıb. ?Qarabağ?ın bərabərlik axtarışları 78-ci dəqiqədə nəticə verib. Baş hakim Əliyar Ağayev cərimə meydançasında İlqar Qurbanova qarşı kobudluğa görə penalti təyin edib. Topa yaxınlaşan Riçardın zərbəsi dəqiq olub. Bundan sonra oyunda qol vurulmayıb və qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Onu da qeyd edək ki, oyundakı penalti hakim döyülməsinə səbəb olub. Belə ki, oyundan sonra baş hakim Əliyar Ağayev fiziki təzyiqə məruz qalıb. Buna səbəb isə Ağayevin ikinci hissənin sonlarında ?Bakı?nın qapısına təyin etdiyi şübhəli penalti qərarının olduğu bildirilir. "Çox maraqlı oyun oldu. Hər iki komanda meydana 3 xal üçün çıxmışdı. Lakin son nöqtəni qoymaqda çətinlik çəkirdik". Bu sözləri "Qarabağ" klubunun [b]baş məşqçisi Qurban Qurbanov[/b] "Bakı" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib. Q.Qurbanov görüşlə bağlı daha sonra bunları bildirib: "Bandoviçin gəlişindən sonra "Bakı"nın oyununda irəliləyişlər hiss olunur. "Bakı" bizə qarşı xüsusi hazırlaşmışdı. Biz də rəqibi yaxşı analiz etmişdik. Namiq Yusifovun zədələnərək meydanı tərk etməsi planlarımıza daxil deyildi. Bu da oyunumuza təsirsiz ötüşmədi. Bununla belə, bu gün meydana çıxan gənc oyunçular da yaxşı təsir bağışladılar. Lakin onlar öz üzərilərində daha çox işləməlidirlər. Milli komandanın oyunlarından sonra futolçularda yorğunluq hiss olunurdu ki, bu da müəyyən çətinlik yaradırdı. Bu görüşdə qalib də gələ bilərdik. Ancaq alınmadı". Rəqib [b]baş məşqçi Bojidar Bandoviç[/b] isə oyunu derbi sayıb: ?Əvvəlcədən dediyim kimi, derbi oyun oldu. "Qarabağ yaxşı, futbol oynamağı sevən komandadır. Oyuna gəldikdə isə etiraf etməliyik ki, ilk hissə zəif təsir bağışladıq. Fasilədən sonra komandamdan başqa oyun gözləyirdim. Çox asanlıqla top itirirdik. Rəqib cinahlardan çox təhlükəli idi. Buna baxmayaraq, sonadək mübarizə apardıq. Penalti epizoduna gəldikdə isə həmin vəziyyətdən rəqibin qapısına üç 11 metrlik cərimə zərbəsi təyin edilməli idi". [b]Sabah isə aşağıdakı komandalar qarşılaşacaqlar:[/b] 16:00. "Sumqayıt" ? "Rəvan" 17:15. "Xəzər Lənkəran" ? "Qəbələ"

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA