?Nə yapdın, Volkan??

img

14-10-2012 [11:26]


Zədəsi səbəbindən millinin heyətində əvvəlki iki maçta forma geyinməyən ?Fənərbaxça?nın təcrüəbli qapıçısı Volkan Dəmirəlin ?siftə?si Rumıniya ilə oyunda korlanıb. Oyunda vurulan yeganə qolda böyük səhv edən Volkan Türkiyə millilərinin Braziliyada keçiriləcək Dünya Çempionatında iştirak etmək hüququnu çətin vəziyyətə salıb. Oyunun 45-ci dəqiqəsində səbəbsiz yerə cərimə meydançasını tərk edən Volkanın bu hərəkəti sayəsində Rumıniya qələbə topunu vurub. Oyundan sonra komanda yoldaşlarından üzr istəyən Volkan Türkiyə mətbuatının tənqid hədəfinə çevrilib. ?Nə yapdın Volkan?? başlıqlı yazıların zəngin olduğu xəbərlərdə təcrübəli qapıçının bu səhvinin bağışlanmaz olduğu vurğulanıb. Bəzi mətbu orqanlarında isə qapıçı təhqir olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA