?Neftçi?də kütləvi istefa

img

28-10-2012 [09:22]


Azərbaycan Premyer Liqasının onuncu turunda ?Rəvan?a qarşı keçirilən oyundan sonra baş məşqçi Böyükağa Hacıyev də daxil olmaqla ?Neftçi?nin məşqçilər korpusu, o cümlədən başda vitse-prezident Tahir Süleymanov olmaqla klub rəhbərliyi istefa verib. Qol.Az-ın məlumatına görə, buna komandanın ölkə çempionatındakı ardıcıl məğlubiyyətləri səbəb olub. Bu gün ?Neftçi? ?Rəvan?a da 0:2 hesabı ilə uduzub. On turdan sonra 12 xalı olan paytaxt təmsilçisi yeddinci yeri tutur. Qeyd edək ki, istefa qərarı ilə bağlı son sözü ?Neftçi?nin prezidenti Sadıq Sadıqov deyəcək. Məsələ ilə əlaqədar S.Sadıqovun özü və ?Neftçi? rəsmilərinin münasibətini öyrənmək cəhdimiz baş tutmayıb. Əldə etdiyimiz məlumata görə, baş məşqçi Böyükağa Hacıyevin ?Rəvan?a məğlubiyyətdən sonra mətbuat konfransında qatılmamasının da əsas səbəbi məhz istefa verməsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA