ictimai Palata mitinqin vaxtını dəyizdi

img

12-10-2012 [04:19]


?Oktyabrın 13-ə təyin olunan yürüşün başqa tarixdə keçirilməsi barədə razılıq əldə olunub?. Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Ədalət Yusubov deyib. Ə. Yusubov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yürüşə razılıq vermədiyindən ilkin olaraq məsələnin hüquqi müstəvidə mübahisələndirilməsi nəzərdə tutulub: ?Akasiyanın daha uyğun bir şəraitdə və vəziyyətdə keçirilməsi təşəbbüsündə olacağıq. 13 oktyabr tarixini isə itirilmiş gün hesab edirik?. Qeyd edək ki, İctimai Palata oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı şəhər rəhbərliyinə müraciət edib. BŞİH isə İP-in göstərilən tarixdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələbi ilə yürüş keçirməsini məqsədəuyğun hesab etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA