Yeni Azərbaycan Partiyası idarə Heyətinin növbəti iclası keçirilib

img

12-10-2012 [04:15]


Yeni Azərbaycan Partiyası İdarə Heyətinin oktyabrın 12-də növbəti iclası keçirilib. İclasın gündəliyinə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Bakı şəhərində keçirililəcək VII Baş Assambleyasına hazırlıqla əlaqədar görüləcək tədbirlər haqqında məsələlər daxil edilib. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov gündəlikdə duran məsələlərlə bağlı ətraflı məlumat vermiş, partiyanın 20-ci ildönümü münasibətilə tədbirlər planına uyğun olaraq rayon (şəhər) təşkilatlarında silsilə tədbirlərin keçirildiyini, partiyanın yubileyinə həsr olnmuş yüksək bədii tərtibatlı kitabın nəşr olunması və digər məsələləri İdarə Heyəti üzvlərinin diqqətinə çatdırıb. Gündəlikdə duran digər məsələ noyabr ayının 21-də İCAPP-ın VII Baş Assambleyasının Bakıda keçiriləcək iclasının yüksək səviyyədə təşkili məsələlərinə həsr olunub. Belə mötəbər forumun ölkəmizdə keçirilməsi Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilib. Qeyd olunub ki, bu cür yüksək etimad YAP-ın İCAPP Daimi Komitəsinin üzvü kimi səmərəli fəaliyyətinin nəticəsidir. İdarə Heyəti gündəlikdə duran hər iki məsələ ilə bağlı müvafiq qərarlar qəbul etmişdir. Daha sonra cari məsələlər ətrafında fikir mübadiləsi aparılmış, təklif və tövsiyyələr dinlənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA