Siyavuz Novruzov: "Gülər Əhmədova partiyadan xaric olunmayıb"

img

01-10-2012 [02:42]


Gülər Əhmədova partiyanın sıravi üzvüdür və o, partiya sıralarından çıxarılmayıb. Bunu YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib. Onun qeyd etdiyinə görə, partiyanın müvafiq nizamnaməsinə əsasən üzvlərin YAP sıralarından xaric olunması məsələsinə ilk olaraq partiya təşkilatları baxmalıdır.?Bir daha qeyd edirəm ki, bu məsələyə millət vəkilinin daxil olduğu ilk partiya təşkilatı qərar verməlidir. Yəni, hazırda Gülər Əhmədova partiyanın sıravi üzvüdür və o, partiyadan xaric olunmayıb?. Millət vəkili eyni zamanda onun deputat toxunulmazlığının götürülməsi məsələsinin MSK-nın qərarından asılı olduğunu bildirib. ?Bu məsələ ilə MSK məşğul olur. Ona görə də bu məsələyə onlar qərar verməlidir?. Qeyd edək ki, Gülər Əhmədovanın cəzalandırılması, konkret olaraq YAP-dan kənarlaşdırılması barədə xəbəri mətbuata YAP sədrinin müavini, YAP-ın icraçı katibi Əli Əhmədov vermişdi. O, deputatın bu hərəkətini "hakim partiyaya ləkə" də adlandırmışdı. Bu gün YAP-ın daha bir funksionneri Aydın Mirzəzadə də demək olar ki, eyni fikirləri bölüşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA