ilqar Altay: ?Azərbaycan iqtidarı öz kadr potensialını xüsusi diqqət və qətiyyətlə çək-çevir etməlidir?

img

29-09-2012 [10:27]


İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-tədqiqatçı gündəm mövzusu olan Millət vəkili Gülər Əhmədova ilə sabiq rektor Elşad Abdullayev arasında olan deputat mandatı alverini əks etdirən videoçarx məsələsinə münasibət bildirib. MİA-ya açıqlama verən İ.Altaya deyib ki, bu fakt Azərbaycan ictimaiyyətini sarsıntı dərəcəsində narazı salmaqla bərabər, bütövlükdə ölkənin imicinə xələl gətirən hadisədir: ?Həm də açıq desək, ölkənin 2012-ci ildə ?Evrovision?, London Olimpiadası, Ramil Səfərovun azadlığı kimi uğurlarının ictimai əhəmiyyətinə mənfilik gətirə bilən hadisədir. Hər iki şəxs hakim partiyanın aktiv üzvləri olmuşlar. Müxtəlif vəzifə və titullara malik olmuşlar. Bununla da hər biri fəaliyyət göstərdiyi müxtəlif sahələrdə xalqın müvafiq kəsiminin ümid və inamını cəlb etmişdilər. İndi bu şəxslərin primitiv bazar davranışları ilə cinayət əlaqəsinə girməsi faktı təbii ki, insanlarda hiddət doğurur. Burada narahatedici sual odur ki, biz bu cür kadrlarla hara gedirik? Bir müddət əvvəl Quba icra başçısı Rauf Həbibovun rayonda və bütün ölkədə ictimai təlatüm doğuran və məxsus olduğu hakimiyyətə az başağrısı gətirməyən çıxışını gördük. Bu günlərdə hazırkı deputat, kecmiş ölkə hərbi komissarı-general və icra başçısı vəzifəsində işləmiş Əliağa Hüseynovun da səviyyəsiz, neqativ davranışının videogörüntülərinin şahidi olduq. Məlum deyil ki, növbəti ?kadrın? növbəti ?ictimai bombası? nə zaman və harada partlayacaq?. Sonda hüquqşünas-tədqiqatçı ?Aydın olur ki, bir sıra layiqsizlərin hakimiyyət ierarxiyasının müxtəlif pillələrində özünə kök salması bu gün artıq ölkənin əsas probleminə çevrilməkdədir. Ona görə də nə qədər gec deyil, bu günkü Azərbaycan iqtidarı öz kadr potensialını xüsusi diqqət və qətiyyətlə çək-çevir etməlidir?, -deyə fikrini tamamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA