KXCP rüzvətlə deputat bazarlığına aid yayılan video materiala münasibət bildirib

img

27-09-2012 [02:23]


Xalq Cəbhəsi Partiyası günün əsas mövzusuna çevrilən rüşvətlə deputat bazarlığına aid yayılan video materiala münasibət bildirib. Münasibətdə deyilir: "Azərbaycan Beynəlxalq Univerisitetinin rektoru Elşad Abdullayevlə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Gülər Əhmədova arasında baş verən deputat bazarlığı ölkənin düçar olduğu siyasi fəlakətin qaynaqlandığı mənbələrdən birinin göstəricisidir. Dövlətin ali orqanlarını formalaşdıran seçkiləri biabırçı bazarlıq obyektinə çevrilməsi uzun illərdir müxalifətin və beynəlxalq təşkilatların seçki saxtakarlıqları ilə bağlı aşkarladığı və Avropa İnsan Haqları Məhkəməsində təsdiqini tapan faktların doğruluğunu sübut edir. Deputat xanım tərəfindən dövlətin ali orqanlarının təmsilçilərinin adlarının hallanması, rüşvətin miqdarı ilə bağlı gərgin mübahisələr ali qanunverici orqanın hansı prinsiplərlə formalaşdırılması haqqında təsəvvür yaradır və Milli Məclisin buraxılması, yeni seçkilərin keçirilməsi ilə bağlı müxalifətin tələblərini haqlı olduğunu göstərir. Münasibətdə deputat Gülər Əhmədovanın tələbi ilə ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynalının həbs edilməsinin ciddi şübhə doğurduğu vurğulanır". KXCP hakimiyyət orqanlarından dövlət adına utanc gətirən bu hadisənin və bununla birlikdə uzun illərdir baş verən seçki saxtakarlıqlarının ictimaiyyət nümayəndələrinin iştirakı ilə araşdırılmasını, saxtakarlıqla formalaşan parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi istiqamətində zəruri addımlar atılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA