ilyas ismayılovun keçmiz köməkçisindən Etimad ismayılova sərt cavab

img

26-09-2012 [05:07]


?Etimadın bundan sonrakı açıqlamalarının heç birinə cavab vermək niyyətində deyildim. Ancaq sonradan qərara gəldim ki, susmağım kimlərdəsə Etimadın haqlı olduğu barədə yanlış təəssürat yarada bilər?. Bu fikirlər Ədalət Partiyasının sədri İlyas İsmayılovun keçmiş köməkçisi Azad Məsiyevin MİA-ya daxil olan müraciətində yer alıb. Daha sonra müraciətdə deyilir: ?Əvvala, mən Azərbaycan Respubilkası Milli Təhlükəsizlik Nazirliyində işləmişəm və bunu özümə şərəf hesab etmişəm. Mənim kimi bir çox insanlar da vaxtı ilə dövlət qulluğunda çalışıblar, o cümlədən İlyas İsmayılov. Sual edirəm: dövlət qulluğundan çıxanlar siyasətlə məşğul ola bilməzlərmi? Əgər Etimadın baxışına görə, dövlət qulluğundan azad olunan şəxslərin siyasi fəaliyyət göstərməsi xüsusi xidmət orqanlarına işləmək kimi başa düşülürsə, atası İlyas İsmayılov məndən də xeyli əvvəl siyasi fəaliyətdədir, deputat seçiləndə odur.... İkincisi, Etimad mənim MTN-ə işlədiyimi bilirdisə, İlyas İsmayılovun köməkçisi işləyəndə niyə susurdu, bu barədə tədbir görmürdü, niyə məhz indi yadına düşüb. Üçüncüsü, Ədalət Partiyası yenidən bərpa olan vaxtlarda qərargahın icarə haqqını verə bilməyəndə doslarımdan ianə topladığım pulları niyə götürürdün? Pulu alanda MTN-də işləməyim yadına düşmürdü? Dördüncüsü, deyirsən ki, partiya tərəfindən mənə hansısa yardım verilirmiş. Əgər mən bu yardımın nədən ibarət olduğunu açıqlasam, İlyas İsmayılovu da gülünc vəziyyətdə qoyarsan. Amma mən isə bunu istəmirəm. Beşincisi, qeyd edirsən ki, bu müddət ərzində nə ilə dolanmışam? Cavab verirəm: sən Etimaddan fərqli olaraq, mən Allahın verdiyi aza da şükür edənlərdənəm. Sənin yolunu seçsəydim, mənim də xarici markalı bir neçə maşınım olardı. Altıncı, Etimad qeyd edir ki, mən müxalifətdə ola-ola öz liderimi iqtidar nümayəndəsinə - hörmətli Kəmaləddin Heydərova şəxsi maraqlarım naminə ağız açmağa vadar etmişəm. Yaxşı bəs necə olur, sən tutulanda atan Prezident Aparatına, bütün nazirliklərə, iqtidar nümayəndələrinə səndən ötrü zəng edəndə, xahiş edəndə müxalifətdə deyildimi? O ki, qaldı, professor İlham Rəhimov barəsində dediklərinə, hamısı qərəz və böhtan dolu yalanlardır. Çünki İlham Rəhimov öz daranışı və fəaliyyəti ilə həmişə sübut edib ki, dövlətə və xalqımıza sədaqətli insandır. İlham müəllimin rəhmətlik atası Məmmədhəsən kişini tanıyanlar da etiraf edirlər ki, onun maddi imkanları kifayət qədər olub, çoxlarına çörək verib. Kim-kimin çörəyini yeyib məsələsinə gəlincə, onu bir Allah bilir, birdə Məmmədhəsən əmini tanıyanlar. Etimad səmimidirsə, mətbuatda bir fakta aydınlıq gətirməsi yaxşı olardı: Sankt-Peterburq şəhərində onu ağaca bağlayanlar kimlər olub və nəyin müqavilində, kim azad etdirmişdi? Əgər Etimad həqiqəti etiraf edərsə, kimin-kimə borclu olduğu hamıya daha yaxşı aydın olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA