Partiya sədri prezidentə müraciət etdi

img

26-09-2012 [11:47]


Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov partiya adından ?Dövlət Müstəqilliyi Günü? dövlət bayramının qeyri ? iş günü statusunun bərpası və dövlət səviyyəsində təntənəli şəkildə keçirilməsi zərurəti haqqında Prezident İlham Əliyevə və Milli Məclisin bir qrup deputatına məktubla müraciət edib. Məktubda göstərilir ki, 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi gün ? 18 oktyabr - ?Dövlət Müstəqilliyi Günü? dövlət bayramı statusu alaraq uzun illər ərzində dövlət bayramı və istirahət günü olaraq qeyd edilib. Lakin 2006-cı ilin dekabrın 8-də Milli Məclisin sosial siyasət komissiyasının sədri H. Rəcəbli Milli Məclisin iclasında ?Dövlət Müstəqilliyi Günü? və müstəqilliklə bağlı digər dövlət bayramlarının iş günü edilməsi təklifi ilə çıxış edib və o, bu antimilli niyyətinin baş tutması üçün deputatları və bütün xalqı aldadaraq belə bir saxta məlumat verib ki, guya Türkiyədə, Finlandiyada, Norveçdə, Ruminiyada, İspaniyada, İngiltərədə, İtaliyada, Fransada da həmin dövlət bayramları iş günüdür. Məktubda bildirilir ki, hazırda Azərbaycanda hətta bəzi peşə bayramlarının da təntənəli şəkildə qeyd olunmasına baxmayaraq, ?Dövlət Müstəqilliyi Günü? bayramı dövlət səviyyəsində qeyd edilmir və bu dövlət bayramına həqarətli münasibət davam edir. Halbuki, bütün dünyada, o cümlədən postsovet ölkələrində dövlət müstəqilliyi günü əsas dövlət bayramı olaraq yüksək səviyyədə qeyd edilir və bayram günləri qeyri iş günləridir. Müraciətin sonunda Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) hakimiyyət orqanlarını ?Dövlət Müstəqilliyi Günü? bayramı ilə bağlı 2006-cı ildə Milli Məclisin qəbul etdiyi son dərəcə zərərli qərarın təxirəsalınmadan dəyişdirilməsi, bu bayramın qeyri iş günü statusunun bərpa edilməsi və 18 oktyabr - müstəqillik gününün hər il ümumxalq bayramı kimi dövlət səviyyəsində geniş və təntənəli şəkildə qeyd olunması üçün zəruri tədbirlər görməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA