Jurnalistlə Ədliyyə Nazirliyi arasında məhkəmə çəkizməsi bazlayıb

img

25-09-2012 [09:23]


9;dliyyə Nazirliyi ?İctimai Maraqların Müdafiə Mərkəzi? İctimai Birliyini qeydə almaqdan imtina edib [/b] 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Ədliyyə Nazirliyi tərəfindən ?İctimai Maraqların Müdafiə Mərkəzi? ictimai birliyinin qeydiyyata alınmaması ilə bağlı məhkəmə iclası keçirilib. Qeyd edək ki, jurnalist Nemət Orucov (Hüseynli) Ədliyyə Nazirliyiyinin qeydiyyat və notariat baş idarəsinə qarşı iddia qaldırıb. Jurnalist iddia ərizələrində təssis etdikləri ?İctimai Maraqların Müdafiə Mərkəzi? ictimai birliyinin qeydiyyata alınmamasınin qanunsuz hesab edilməsini və məhkəmə tərəfindən qeydiyyata alınması ilə bağlı qərar çıxarılmasını tələb edir. Dünən hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi iştirak etməyib. Məhkəmə iclası katibi qeyd edib ki, Ədliyyə Nazirliyinin nümayəndəsi ilə əlaqə saxlamaq mümkün olmayıb. Buna görə də nazirliyin nümayəndəsinin məhkəmədə hansı səbəbdən iştirak etmədiyini aydınlaşdırmaq mümkün olmayıb. Nazirliyin nümayəndəsinin iştirakı olmadan keçirilən prosesdə çıxış edən iddiaçıların nümayəndəsi Yaşar Ağazadə iddia ərizəsi ilə bağlı məhkəməyə arayış verib. Nümayəndə təşkilatın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmamasını qanunsuz hesab edib. Daha sonra hakim bildirib ki, iddia ərizəsinin arasında təşkilatın nizamnaməsi yoxdur. İddiaçıların nümayəndəsi növbəti məhkəmə iclasında təşkilatın nizamnaməsini məhkəməyə təqdim edəcəyini bildirib. Hakim məhkəmə iclasının davamını oktyabrın 9-na təyin edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA