Müsavat Divanının növbəti toplantısı keçirilib

img

24-09-2012 [10:56]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantı zamanı partiyadaxili durum, ictimai-siyasi - vəziyyətə dair bir sıra məsələlər müzakirə olunub. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı respublikanın şimal-qərb bölgəsində keçirilən zona müşavirəsi haqqında danışıb. Qax, Zaqatala, Şəki və Balakən təşkilatlarının iştirak etdiyi zona müşavirəsində Müsavat Partiyasının bu il sentyabrın 9-da keçirdiyi ümumrespublika müşavirəsi zamanı açıqlanmış qərarların icrası haqqında məlumat dinlənilib və müvafiq tapşırıqlar verilib. Divan zona müşavirələrinin keçirilməsinə start verilməsini müsbət qiymətləndirib və oktyabr ayı ərzində bütün bölgələrdə zona müşavirələrinin keçirilməsini məqsədə uyğun hesab edib. Divanda Müsavat Gənclər Təşkilatının həbsdə olan üzvü Nigar Yaqublunun müdafiəsi istiqamətində müzakirə aparılıb. N.Yaqublunun hüquqlrını müdafiə edən vəkillərin toplantısı barədə və ictimai müdafiə komitəsinin yaradılması işinin gedişi ilə bağlı məlumat verilib. Divan AXCP üzvü Təzəxan Mirələmlinin ailəsinə qarşı repressiyanın davam etməsindən narahatlığını bildirib və bu təzyiqlərə son qoyulmasını tələb edib. İctimai-siyasi duruma dair müzakirələrdə İran parlamentinin Urmiya gölü ilə bağlı verdiyi qərar müzakirə olunub. Divan parlamentin Urmiya gölünün xilas edilməsi üçün zəruri qərarların qəbulundan imtina etməsini bu gölün qurumasının yalnız təbii səbəblərlə bağlı olmayıb həmçinin İran hakim rejiminin düşünülmüş siyasətinin nəticəsi olduğunun əlavə sübutu kimi qiymətləndirib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA