Tahir Abbaslı: "iqtidar bu və ya digər zəkildə cəmiyyətlə təmas qurduqca, müxalifət geri çəkilir"

img

24-09-2012 [04:09]


"Azərbaycan müxalifəti, konkret olaraq hakimiyyətə gəlmək istəyən düşərgə, təəssüf ki, əvvəlki seçkilərdə olduğu kimi, yenə cəmiyyətlə təmasdan qaçır. İqtidar bu və ya digər şəkildə cəmiyyətlə təmas qurduqca, müxalifət geri çəkilir". Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı prezident seçkisinə hazırlıqla bağlı görülən işləri qiymətləndirərkən deyib. Onun fikrincə, müxalifət seçicilərlə təmasdan qacdıqca aradakı uçurum daha da dərinləşir: "Onsuz da cəmiyyətdə müxalifətə inamsızlıq var. Bu inamsızlığı aradan qaldırmaq üçün müxalifət qapalı salonlardan çıxmalıdır. Cəmiyyətlə təmasdan qaçmamalıdır. Cəmiyyətin konkret olaraq hansı problemlərdən əziyyət çəkdiyini öyrənməlidir və səsləndirməlidir. Hazırda müxalifət cəmiyyətin deyil öz problemlərini səsləndirir. Üstəlik yenə bir-birini didməklə məşğuldurlar. Çox güman ki, seçki yaxınlaşdıqca bu didişmə daha da dətinləşəcək". Azərbaycan müxalifətini xalqın dilində danışmamaqda suçlayan T.Abbaslı deyir ki, Türkiyə müxalifətindən fərqli olaraq bizimkilər qəliz dildə, cəmiyyətin başa düşmədiyi formada danışırlar: "Hətta terminlərlə danışmağı özlərinə şərəf bilirlər. Bu cür danışmayanlara qəribə baxırlar. Amma unudurlar ki, rəhmətlik Elçibəyin ən böyük uğuru sadə xalq dilində danışmağında idi".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA