Oqtay Əsədov Strasburqda parlament rəhbərlərinin konfransında iztirak edəcək

img

19-09-2012 [01:59]


Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti sentyabrın 20-21-də Strasburqda Avropa Şurasına üzv olan ölkələrin parlament rəhbərlərinin iştirakı ilə keçiriləcək konfransında iştirak edəcəkdir. Konfransın Avropa İnsan Haqları Məhkəməsinin gələcəyi, milli parlamentlərin aktual problemləri, ?Ərəb baharı? və digər məsələlər əsas müzakirə mövzusu olacaqdır. Konfransda Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon və Avropa Şurasının baş katibi Tyornbyorn Yaqland giriş nitqi söyləyəcəklər. Qeyd edək ki, belə konfrans ildə iki dəfə keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA